Accessibility links

Misirin müdafiə naziri prezident Məhəmməd Mursi və müxalifətə ultimatum verib [Fotoqalereya]


Misir ordusu prezident Məhəmməd Mursi və müxalifətə fikir ayrılıqlarının aradan qaldırılmasına 48 saat verib. Müdafuə naziri Əbdel Fəttah Əl-Sissinin ultimatumu bir neçə gündür davam edən ümumilli etirazlar və iğtişaşlardan sonra səslənib.

Nazir bildirib ki, siyasətçilər bacarmasa, ordu öz yol xəritəsi ilə Misirin müqəddəratını həll edəcək.

Bu gün Misirin paytaxtı Qahirədə prezident Məhəmməd Mursinin başçılıq etdiyi Müsəlman Qardaşları partiyasının baş qərargahına nümayişçilərin hücum etdiyi bildirilir. Qərargahda yanğın törədən bir qrup insan pəncərələri sındırıb və binadakı mebelləri oğurlayıb.

Nümayişçilərin binaya daş və yanğın bombaları ilə hücumundan sonra binada evakuasiya işləri aparılıb.

Fəalların bildirdiyinə görə, bazar günü Misir boyu prezidentin istefasını tələb edən nümayişlər zamanı baş verən zorakılıqlar nəticəsində azı 5 nəfər ölüb.

Yüzlərlə etirazçının gecəni Təhrir Meydanında keçirdiyi bildirilir.

Müxalifət prezident Mursiyə istefa verməsi üçün çərşənbə axşamı yerli vaxtla saat 5-ə qədər vaxt verib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG