Accessibility links

Hüsnü Mübarək və onun iki oğlu avqust ayında məhkəmə qarşısına çıxarılacaq (YENİLƏNİB)


Camal və Alaa Mübarək
Camal və Alaa Mübarək

Misrin keçmiş prezidenti Hüsnü Mübarək və onun iki oğlu avqust ayında məhkəmə qarşısına çıxarılıcaq. Misrin dövlətə məxsus mətbuatının məlumatına əsasən, cənab Mübarək və onun iki oğlu Alaa və Camalın məhkəməsi avqustun 3-ü Qahirədə başlayacaq.

Prokurorlar keçmiş prezidenti Şarm əl-Şeyx kurort şəhərində xəstəxanada, onun iki oğlunu isə Qahirədə həbsxanada dindiriblər. Onlar cənab Mübarəkin on illər bundan əvvəlki cinayətlərdə rolunu araşdırır. Cənab Mübarək və onun iki oğluna qarşı hakimiyyətdən sui-istifadə etmək və ictimai vəsaitin israf olunması ittihamları irəli sürülür.

Vaşinqtonda ABŞ Dövlət katibi Hillari Klinton Obama administrasiyasının hüquqi prosesi görmək istədiyini bəyan edib.

XS
SM
MD
LG