Accessibility links

On minlərlə Mursi tərəfdarı Qahirə küçələrinə çıxıb [Fotoqalereya]


Misirin Daxili İşlər Nazirliyinin devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının çadır düşərgələrini tərk etməyə çağırmasına baxmayaraq, onun bərpasını tələb edən 10 minlərlə insan bu gün Qahirə küçələrinə çıxıb.

İslamçı liderlərdən biri Əhməd Həsən izdiham qarşısında söyləyib ki, tərəfdarları "Mursini geri qaytarmaq üçün öz qanlarını axıtmağa hazırdırlar."

Şahidlərin dediyinə görə Müsəlman Qardaşları nümayiş keçirilən ərazidə barrikadalar quraraq təhlükəsiz qüvvələrinin oraya mümkün girişinə mane olmağa çalışırlar.

"Misir Qadınlarının Səsi" adlanan qrup xəbərdarlıq edib ki, islamçı liderlər özlərini qorumaq üçün qadın və uşaqlardan canlı qalxan kimi istifadə etməyə hazırlaşırlar.

Dünən nazirliyin dövlət televiziyası vasitəsilə açıqlanan bəyanatında Rəba Əl-Ədaviyə və Nəhda meydanlarındakı etirazçılara müraciət edilərək deyilib ki, milli maraqlara üstünlük verilməli və tez bir zamanda meydanlar tərk edilməlidir. Bu çağırış ordunun dəstəklədiyi hazırkı hökumətin Təhlükəsizlk Nazirliyini təcili ölçü götürülməsinə dair göstəriş verməsindən sonra edilib.

Nazirlik çadır düşərgələrinin boşaldılamsı yollarını müzakirə etmək üçün bir araya gəldiklərini bildirsə də, bu planın həyata keçiriləcəyi tarix barədə məlumat verilməyib.

Misir ordusu ölkənin ilk demokratik prezidenti Məhəmməd Mursini ötən ay onun idarəçiliyinə qarşı baş qaldıran nəhəng etiraz nümayişlərindən sonra devirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG