Accessibility links

"Müsəlman Qardaşları" siyasi taktikanı dəyişir


Dünyəvi, xristian və hətta bəzi müsəlman qruplar “Müsəlman Qardaşları”nın Xeyrət Əl-Şateri öz namizədi kimi göstərməsini qınayıb

Misirdə “Müsəlman Qardaşları”nın prezidentliyə öz namizədini irəli sürmək qərarı təşkilatın ölkədə siyasi keçid prosesində öz taktikasını dəyişməsi kimi qiymətləndirilir.

Siyasi təhlilçilər bunun təşkilatın əsaslandığı islam ideologiyasına təsir məsələsində fikir ayrılıqlarına malikdir.

Dünyəvi, xristian və hətta bəzi müsəlman qruplar “Müsəlman Qardaşları”nın Xeyrət Əl-Şateri öz namizədi kimi göstərməsini qınayıb.

“Müsəlman Qardaşları”parlamentin hər iki palatasında artıq üstünlüyə malikdir. İcraedici hakimiyyətin də təşkilatın nəzarətinə keçə bilməsi perspektivi ölkədə avtoritar hakimiyyətin eyni monolit bir strukturla əvəz ediləcəyinə dair qorxuların yaranmasına gətirib çıxarıb.

Qahirədəki Amerika universitetində siyasi təhlilçi Səid Sadek deyir ki, “Müsəlman Qardaşları”nın prezidentlik uğrunda mübarizədən kənar qalacağına dair vədinə sadiq qalmaması təəccüb doğurmur.

Səid Sadek:”Müsəlman Qardaşları” bütün totalitar, ideoloji hərəkatlar kimidir. Onların məqsədləri, ideologiyası və taktikaları var və bu taktikalar şərait dəyişəndə olduqca asan bir şəkildə dəyişə bilər.”

“Müsəlman Qardaşları” eynilə yeni konstitusiyanın yazılması məsələsində də sözünə sadiq qalmadı. İslamçıların üstünlük təşkil etdiyi komissiya liberal və xristian qruplar, habelə müsəlman alimlər üçün nəzərdə tutulmuş mövqeləri tədricən onların əlində almağa başladı.

Əl-Əhram Strateji Araşdırmalar Mərkəzində alim Yusru Əl-Ezbavi islamçıların konstitusiya məsələsində öz məqsədlərinə çatmaq üçün əlindən gələn etməyə çalışacağını deyir.

Əl-Ezbavi qeyd edir ki, islamçılar keçən il olduğu kimi, “İslam və Həll yolu” şüarından istifadə edərək konstitusiya üzrə referendum keçirə bilər və ölkənin müsəlman əhalisi bunu yəqin dəstəkləyəcək.

Lakin gələcəkdə hər şeyin ciddi islami qaydalara əsaslanacağına inanmamaq üçün də səbəblər görmək olar.

Amerika Universitetində təhlilçi Səid Sadek deyir ki, “Müsəlman Qardaşları”nın namizədi mübarizəyə qələbə naminə qoşulmayıb. Onun sözlərinə görə, Əl-Şater islamçı namizədlər arasında parçalanma sala bilər. Tədqiqatçı-alim mötədil islamçı və təşkilatın keçmiş üzvü Əbdül Moneym Əbu El-Futuhun prezidentlik uğrunda yarışlardan çıxmasını təəssüf hissi ilə qarşılayır.

Eyni zamanda, təşkilatın gənc üzvləri tərəfindən müqavimətin artdığı müşahidə olunur. Fundamentalist Sələfilər və “Müsəlman Qardaşları” arasında gərginlik də getdikdə artır.

“Müsəlman Qardaşları”nın prezident seçkilərində öz namizədinin olması hadisələrin inkişafına müəyyən dərəcədə öz təsirini göstərəcək. Təxminən 400 namizədin iştirak etdiyi seçkilərin ikinci tura keçəcəyi gözlənilir.

İslamçıların birliyinə baxmayaraq, burada başqa güclü qüvvələr də var. Onlar arasında ən böyük nüfuza malik qüvvə keçid hökumətində olan hərbi liderlərdir.

Misir Silahlı Qüvvələrinin Ali Şurası ölkənin yeni konstitusiyasında hərbi qüvvələrin statusunun qorunub saxlanmasına çalışır. Ali Şura El-Şaterin namizədliyi qarşısında onun həbsxanada olduğu faktı kimi hüquqi maneələrin aradan qaldırılmasına kömək edib. Bu da tərəflərin ümumi dil tapa bilməsinə işarə kimi qiymətləndirilir.

Əl-Şaterin özü də paradoksal fiqurdur. Siyasi görüşlərinə görə əvvəlki hökumət tərəfindən təqib edilən Şater sahibkar kimi böyük gəlir əldə edərək, elitar biznesmenlərindən birinə çevrilə bilmişdir.

Amerika universitetində təhlilçi Sadekin sözlərinə görə, misirli seçicilər son bir il ərzində daha hazırlıqla olublar və vəziyyəti daha yaxşı başa düşürlər.

Sadek:”Sadə adamların böyük hissəsi “İslam həll yoludur” kimi cəlbedici şuarlara inanır. Hamı iflasiya, işsizlik, nəqliyyat təhlükəsizliyi kimi xroniki problemlərin həllini istəyir. Onlar dünyəvi, ənənəvi olaraq korrupsioner siyasətçilərdən azad olmağa çalışırdı və bu adamların Allah adamları olduğuna inanırdılar. İndi onların ümidləri boşa çıxıb. Bu adamlara başa düşür ki, gözəl dünya haqda yüksək vədlər vermiş bu insanlar heç də ideal deyil.”

Misir mətbuatında islamçı siyasətçilər arasında korrupsiya halları arasında Sələfi parlament üzvünün kosmetik cərrahiyyə əməliyyatı haqda yalan söylədikdən sonra istefa verməsi kimi hallar işıqlandırılıb.

Təhlilçi Səid Sadekin fikrincə, Misir siyasətində rəqabət aparan qüvvələr öz məqsədləri və hesablamaları olan, opportunist mövqe tutub iki dildə danışmağa hazır normal siyasətçilər hesab edilir.

Onun sözlərinə görə, Misirdə demokratiyanın gələcəyi hələ qeyri-müəyyən göründüyü halda, maraqları olan hər hansı bir qrupun dominantlıq imkanları o qədər güclü görünmür.

XS
SM
MD
LG