Accessibility links

Misir prezidenti Ali Ədliyyə Şurasının üzvləri ilə görüşür


Misir prezidenti Məhəmməd Mürsi ölkənin Ali Ədliyyə Şurasının rəsmiləri ilə görüşməyi planlaşdırır. Hüquqşünaslar prezidenti keçən həftə özü üçün genişləndirdiyi səlahiyyətləri azaltmağa inandırmaq üçün onunla danışqlar aparacaqlar.

Artıq dördüncü gündür ki, etirazçılar Qahirənin Tərhir meydanında toplaşaraq, prezidentdən qərarlarını dəyişməsini tələb edirlər. Prezidentə qarşı çıxanlar və onun tərəfdarları çərşənbə axşamı şəhərdə genişmiqyaslı yürüşlərə çağırırlar.

Misir prezidenti hakimiyyətə olan nəzarət mexanizmlərinin azaldılması və onun verdiyi qərarlara heç bir məhkəmə və yaxud başqa bir səlahiyyətli orqan tərəfindən baxıla bilməyəcəyi barədə fərman verib.

Prezident deyir ki, fərman müvəqqəti xarakter daşıyır və Misirdə yeni palament seçilənədək qüvvədə qalacaq. Onun təmsil etdiyi Azadlıq və Ədalət Partiyasının sözçüsü fərmanın iki ay sürəcəyini bildirib..

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG