Accessibility links

Mursi yeni konstitusiyaya dair referendumun gününü təyin etdi



Misir prezidenti Məhəmməd Mursi geniş etiraz nümayişlərinə səbəb olmuş mübahisəli yeni konstitusiyaya dair referendum keçirilməsini dekabrın 15-ə təyin edib.

Cənab Mursi bunu Misirdə islamçıların üstünlük təşkil etdiyi parlament yeni konstitusiya lahiyəsini ona şənbə gün təqdim etdikdən sonra elan edib.

Konstitusiya layihəsində qanunvericiliyin islam qanunlarına əsaslanmasını nəzərdə tutur.

Konstitusiya layihəsinə dair referendumunun günü Misirdə islamçıların prezident Məhəmməd Mursiyə dəstək bildirmək üçün ölkə boyu nümayişlər keçirdiyi zaman elan edilib.Qahirə universitetinin ətrafına toplaşmış nümayişçilər əllərində Misir bayraqlarını dalğalandıraraq, “Allahın qanunu” adlandırdıqları qanunların gerçəkləşdirilməsini tələb ediblər.

Mitinqlər “Müsəlman Qardaşları” tərəfindən təşkil edilib.
XS
SM
MD
LG