Accessibility links

EgyptAir təyyarəsinin qara qutuları Parisə gətirilib


Fransalı ittihamçılar may ayının 19-da 66 insanın ölümü ilə nəticələnmiş EgyptAir təyyarəsinin qəzaya uğramasının terror hadisəsi olmadığını bildirib.

Parisdə verilən açıqlamada istintaqın terror hadisəsi deyil, qəza ilə bağlı aparıldığı xüsusi vurğulanıb. Prokurorun ofisinin sözçüsü rəsmilərin Parisdən Qahirəyə uçan təyyarənin qəsdən salındığı haqda versiyaya inanmadığını bildirib.

Pilotlardan qəza ilə bağlı heç bir siqnal daxil olmayıb və hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Misirli təhqiqatçıların təyyarənin zədələnmiş uçuş yazısından əldə etdiyi yaddaş kartlarını Fransaya gətirilib. Fransa mühəndisləri qəza ilə bağlı mühüm məlumat əldə edə biləcəklərinə ümid edir.

Misirli müstəntiqlər qəza ilə bağlı açıqladıqları məlumatda təyyarənin qəfil sola döndüyü və dənizə düşməzdən əvvəl 360 dərəcə sağ istiqamətdə döndüyü deyilir. Fransa aviasiya mütəxəssisləri isə bildirir ki, təyyarənin avtomatik göndərdiyi mesajda kabinadə tüstü olduğu və radardan itməzdən əvvəl uçuş idarə etmə qovşağında problem olduğu göstərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG