Accessibility links

BMT: Dünya əhalisi aclıq təhlükəsi qarşısındadır


Dünyada 1.3 milyard insan kənd təsərrüfatı sahələrində yaşayır. Bu ərazilərdə vəziyyət ağırlaşmaqdadır. Bu isə insanları aclıq, su qıtlığı və yoxsulluğa sürükləyir.

BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) bildirdiyinə görə, insanların təbii ehtiyatlardan istifadəsi son 30 il ərzində iki dəfə artıb. Yer Kürəsinin üçdə bir hissəsində deqradasiya müşahidə edilir.

Hər il 15 milyard ağac kəsilir, 24 milyard ton münbit torpaq itirilir.

UNCCD-nin hesabatında deyilir ki, bərpa və konservasiyaya böyük ehtiyac duyulur. Qurum yaxşı torpaq idarəçiliyini təşviq edir və bu, torpaq məsələləri üzrə yeganə qanuni məcburi beynəlxalq sazişdir.

Produktiv torpaqların azalması ilə insanlar meşəsizləşmə, daşqınlar və quraqlılar səbəbi ilə miqrasiyaya üz tuta, təbii resurlara görə isə münaqişələr baş qaldıra bilər.

Produktiv torpaqların azalması ilə dünya əhalisinin ərzaqla təminatı mümkün olmayacaq. Belə ki, bu gün 7 milyard əhalisi olan planetdə 2050-ci ilədək əhalinin sayı 9 milyarda çatacaq.

Təşkilatın bildirdiyinə görə, ərzaq tullantılarının azaldılması, əkinçiliyin yaxşı idarəsi və milli siyasətlər deqradasiyanın qarşısını almaqla, böyük dəyişiklik edilə bilər.

Çin dünyada 2002-ci ildə səhralaşma əleyhinə qərar qəbul edən ilk ölkə olub. Monqolustanda yüz minlərlə hektarlıq sahənin yaşıllaşdırılması ilə ərzaq, yeni iş yerləri və yerli əhaliyə daha yaxşı həyat şəraiti yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG