Accessibility links

Ehtiyac yaransa, ABŞ Venesuelada hərbi müdaxiləyə hazırdır


Ehtiyac yaransa ABŞ Venesuelada hərbi müdaxiləyə hazırdır
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Venesuelanın paytaxtı Karakasda və digər şəhərlərdə anti-Maduro etirazları çərşənbə günü də davam edib.Etirazçılar ölkədəki yoxsulluğa görə keçmiş solçu lider Huqo Çavez və onun varisi Maduronu günahlandırır.

Lakin ordunun Maduroya sadiq qalması ona hakimiyyətdən imtina etmək çağırışlarına qarşı müqavimət göstərməyə imkan verir. Sadə venesuelalılar arasında da onu dəstəkləyənlər var.

Rusiya, Çin, Kuba və bir sıra digər ölkə Maduronu dəstəkləyir. ABŞ rəsmiləri deyiblər ki, Kuba Maduronun təhlükəsizliyini gücləndirmək üçün birlik göndərib. Tramp administrasiyası Venesuelada baş verəcək zorakılığa cavab verəcəyi xəbərdarlığını edib.

Dövlət katibi Mayk Pompeo çərşənbə günü Venesuelada davam edən iğtişaşların dayandırılması üçün ABŞ-ın hərbi müdaxilə etməyə hazır olduğunu bidirib.

"Prezident çox aydın və davamlı şəkildə bildirib ki, əgər buna ehtiyac olarsa, hərbi müdaxilə mümkündür. Birləşmiş Ştatların edəcəyi bu olacaq. Biz zorakılıqlara yol verilməməsi üçün hər şeyi edəcəyik. Biz bütün tərəflərdən zorakılıqlara əl atmaması bağlı çağırış etmişik. Biz sülh yolu ilə Maduronun hakimiyyətdən getməsini və yeni seçki keçirilməsini istəyirik" - deyə, Pompeo bildirib.

Çərşənbə axşamı televiziya ilə çıxışında Maduro müxalifət hərəkatının məğlub olduğunu iddia edib. Lakin Pompeonun sözlərinə görə, Maduro Karakasdan Kubaya getməyə hazırlaşırmış, amma Rusiya onu qalmağa razı salıb.

ABŞ konqresmeni Donna Şalala Amerikanın Səsinə bildirib ki, Birləşmiş Ştatlar Venesuelaya xarici müdaxilə olunmasına icazə verməyəcək.

"Biz Venesuelada sülh yolu ilə keçid istəyirik. Bununla bərabər ölkənin legitim lideri Xuan Quaydo və Venesuela siyasətinə müdaxilə etmək istəyən kubalılar, rusiyalılar və iranlıları sıxışdırmaq istəyirik. Biz onlar geri çəkilənə, ölkədə dinc keçid və seçkilər keçirilənə qədər onları sıxışdıracağıq" - deyə, Donna Şalala bildirib.

Şalala deyib ki, demokratlar və respublikaçılar Venesuelada hakimiyyətin dinc yolla keçidinə dəstək verir.

XS
SM
MD
LG