Accessibility links

Ehtiyacımız ola biləcək cihazlar [Video]


Ehtiyacımız ola biləcək cihazlar
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Ehtiyacımız ola biləcək cihazlar

Əgər siz həyatınızda müxtəlif dillərdə danışan insanlarla əlaqə saxlamağa ehtiyac duyursunuzsa, sadə cümlələri 80 dilə tərcümə edə bilən bu cib tərcüməçisi sizin üçün mükəmməl yoldaş ola bilər. Bu kiçik aparat Google Translate-ə istinad etsə də bunun üçün heç bir internetə qoşulmaq tələb edilmir.

İnsanlarla ünsiyyət sizi biraz yora və acdıra bilər. Narahat olmayın. Belgian Mealhero-nun sizin üçün mükəmməl həlli var. Ağıllı buxar. Bunun üçün siz sadəcə evdə olan dondurulumuş məhsulları maşının içərisinə yerləşdirirsiniz, beləcə dadlı, sağlam və damaq zövqünüzə uyğun ləziz yemək hazırlanır.

Bundan əlavə pişiyi bəsləmək üçün ayağa qalxmaq məcburiyyətində olmadığınızı bildiyiniz zaman istirahtinizdən daha rahat həzz ala bilərsiniz. Sure Feed adlı aparat sizin yerinizə bunu edəcək. İnternet vasitəsilə tam nəzarətə sahib olduğunuza görə səhərlər rahatlıqla öz elektrik velisopedinizə minib, işə gedə bilərsiniz.

Ola bilsin düşünəsiniz ki, bu alətlərin heç birinə ehtiyac yoxdur. Bəlkə də haqlısız. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, bütün bu texnikalar 2020-ci ilə qədər dünyadakı 20 milyarddan çox bir-birilə əlaqəli əşyaların aid olacağı sənayenin yalnızca kiçik bir hissəsini təmsil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG