Accessibility links

İran-Səudiyyə Ərəbistanı arasında gərginlik və İranda ərəb azlığı [Audio-Müsahibə]


Ajdar Taghizade
Ajdar Taghizade

İranın bəzi siyasi qrupları noyabrın 8-də Hollandiyada evinin önündə güllələnən iranlı ərəb fəal Əhməd Nisinin İran İslam Respublikası tərəfindən qətlə yetirildiyini irəli sürür. Amerikanın Səsinə danışan güneyli fəal Əjdər Tağızadə ərəb liderin öldürülməsini Əhvazda ərəblərin milli hərəkatına qarşı törədilmiş terror aktı hesab edir.

Əjdər Tağızadə Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:16:18 0:00

Əhməd Nisi adı ilə tanınan Əhvaz Azadlıq Hərəkatı təşkilatının banisi Əhməd Maula Əbu-Nəhd noyabrın 8-də Hollandiyanın Haaqa şəhərində evinin önündə naməlum şəxslər tərəfindən güllələnib.

İslahatçı qruplara yaxınlığı ilə tanınan Amad News internet portalı, Sepah daxilindəki mənbələrə istinadə edərək, Nisinin Sepahın “Qüds” qanadının qüvvələri tərəfindən qətlə yetirildiyini yazıb. İnternet portalı ərəb fəalın qətlini İran-Səudiyyə Ərəbistanı münasibətlərinin gərginləşməsi ilə əlaqələndirib.

Əhməd Nisi
Əhməd Nisi

Qeyri-fars cəmiyyətlərə mənsub siyasi fəallar, o cümlədən Əjdər Tağızadə bu hadisəni İran İslam Respublikasının etnik azlıqlara dair siyasəti kontekstində dəyərləndirib.

Necə Güney Azərbaycanda biri çıxıb milli haqqından danışdığı zaman onu bağlayırlar Türkiyə ya Quzey Azərbaycana, bütün millətlər haqqında bu işi görürlər. Ərəbləri keçmişdə Səddam və Qəddafiyə bağlayırdılar indi də Ərəbistana.
Əjdər Tağızadə

Güney Azərbaycan Türk Demokratik Birliyinin sədri Əjdər Tağızadə Əhməd Nisi və onun rəhbərlik etdiyi Əhvaz Azadlıq Hərəkatı təşkilatının fəaliyyətləri haqqında da Amerikanın Səsinə məlumat verib.

“Bu təşkilat öz fəaliyyətini gücləndirmişdi və görünürdü ki, fəaliyyəti ölkə daxilində də genişlənməkdədir. Bunlar 10 ildən artıqdır bu formada və Əhvazın müstəqilliyi uğrunda fəaliyyət edirlər,” Tağızadə bildirir.

O, ərəb fəalın qətlinin İran-Səudiyyə Ərəbistanı münasibətlərinə bağlanmasını ümumiyyətlə İranda qeyri-fars fəalları xarici dövlətlərə bağlayan siyasətin bir hissəsi kimi dəyərləndirir.

“Əhvazda bir ərəb fəaliyyət göstərir, öz milli haqlarını istəyir. İndi taktikası hər nə isə ya hər nə istəyirsə, ərəb milləti bunu istəyir... Millət Əhməd Nisini dəstəklədi. Onun yas mərasimində qorxmayıb iştirak etməklə rejimə münasibətini göstərdi... Necə Güney Azərbaycanda biri çıxıb milli haqqından danışdığı zaman onu bağlayırlar. Türkiyə ya Quzey Azərbaycana, bütün millətlər haqqında bu işi görürlər... Ərəb fəalları keçmişdə Səddam və Qəzzafiyə bağlayırdılar, indi də Ərəbistana... Əlbəttə ki, Əhməd Nisi bir ərəb olaraq gedib ərəb mediasına çıxıb, orada danışacaqdı. Yeri gələndə də ərəb ölkələrinə səfər edəcəkdi.” deyə güneyli fəal əlavə edir.

XS
SM
MD
LG