Accessibility links

Əjdər Tağızadə: İslam Respublikasında seçki sandığına getmək yəni, nizamı qəbul etmək


Əjdər Tağızadə
Əjdər Tağızadə

Siyasi fəal Əjdər Tağızadə Amerikanın Səsi ilə söhbətdə İranda iyun ayının 18-də keçiriləcək olan prezident seçkiləri, həmçinin İslami şəhər və kənd şuraları seçkiləri haqqında danışıb.

Əjdər Tağızadə: İslam Respublikasında seçki sandığına getmək yəni, nizamı qəbul etmək
please wait

No media source currently available

0:00 0:15:33 0:00

Tağızadənin dediklərinə görə, 1979-cu ildə İslam Respublikasının təsisindən bəri seçkilərin hərəkətli bir şəkildə keçirilməsi İran hakimiyyəti üçün xüsusi önəm daşıyıb.

Onların dili ilə desək, nizamın təravət və diriliyini qorumaq üçün millət gərək həmişə sandıq başında olsun. Əsas budur. Sandığa gəlmək yəni nizamı qəbul etmək.


“Ayətullah Xomeyni gələr gəlməz bu seçkilər məsələsində çox israrlı idi. Bunu çox vurğulayırdı. Bu 42 il içində də rejim çalışıb ki hər zaman seçkilər hərəkətli olsun. Xameneyi də həmişə bunda israrlı olub. Onların dili ilə desək, nizamın təravət və diriliyini qorumaq üçün millət gərək həmişə sandıq başında olsun. Xameneyi də deyir ki, kimə səs verirsiniz verin amma sandığa gəlin. Əsas budur. Sandığa gəlmək yəni nizamı qəbul etmək.”

Əjdər Tağızadə deyir ki, “ancaq hakimiyyətin bir çox süzgəcindən keçənlərin namizədliyi qəbul edilir. Bu namizədlərin hamısı bu nizamı və bu çərçivəni qəbul edirlər. Amma buna baxmayaraq bu namizədlərin arasından seçilən prezidentin də heç bir ixtiyarı olmur.”

“Bu günə qədər seçilən prezidentlərin hamısı ən sonda deyiblər ki, bizim bir ixtiyarımız yox idi. Hətta Əhmədinejad ki, Xameneyi demişdi mən buna yaxınam. Hamısı söylədi bizim bir ixtiyarımız yox idi. Bunlar Ağanın (ali dini lider) işçisi kimi gəlirlər,” o, qeyd edir.

Ölkənin iqtisadiyyatı çöküb. Narazılıq həddən artıqdır. Qadını, işçisi, müəllimi və təqaüdçüsü hər gün etiraz keçirirlər. Azərbaycanda və İranın tamamında illərlə, aylarla maaş almayanlar etiraz edirlər.


Prezident və şura seçkilərinin eyni gündə keçiriləcəyinə diqqət çəkən Əjdər Tağızadənin sözlərinə görə, “rejim öz həyatı üçün seçkilərə heç bir zaman proqramsız gəlmir. Misal, Luristan vilayətində bir tərəfi qoyur Lur etnik icmasının dəstəkçisi kimi, onların geyimi ilə onların musiqisini çalırlar. Digər tərəfə başqa bir düşüncəni qoyur. Azərbaycanda gəlir kürddən qorxudur. Başqa yerlərdə başqa şeylər edir. Beləliklə, hər iki tərəfi sandığa çəkmək istəyir.”

Siyasi fəal əlavə edir, “ölkənin iqtisadiyyatı çöküb. Narazılıq həddən artıqdır. Qadını, işçisi, müəllimi və təqaüdçüsü hər gün etiraz keçirirlər. Azərbaycanda və İranın tamamında illərlə, aylarla maaş almayanlar etiraz edirlər... Bu dəfə rejim özünü çox təhlükədə görür ki, əhali seçkiyə qatılmasa hansı çətinliklər baş verəcək. Odur ki, çalışır xarici güclərdən dəstək alsın və ya Vyanada gedən bu nüvə danışıqlarına bel bağlayıb.”

XS
SM
MD
LG