Accessibility links

“Exo Moskvı” radio-stansiyasının əməkdaşı bıçaqlanıb


“Exo Moskvi” radio-stansiyasının redaksiyasında baş redaktor müavini və aparıcısı Tatyana Felqenhauer bıçaqlanıb.

Naməlum şəxs redaksiyaya girərək bıçaqla jurnalistə hücum edib. Onu xəstəxanaya yerləşdiriblər. Həkimlərin sözlərinə görə, onun həyatına təhlükə yoxdur.

Hücum edən şəxs saxlanılıb.

Bu barədə Exo Moskvı-nın baş redaktoru Aleksey Venediktov yazıb.

Təsdiqlənməmiş məlumatlara görə, hücum edənlər iki nəfər olub. Onlar mühafizəçinin üzünə qaz püskürdüb, jurnalisti boğazından bıçaqlayıblar.

Aleksey Venediktov
Aleksey Venediktov

Rusiya Baş Prokurorluğu durumu “qanqaraldıcı” adlandırıb.

“Hücum edən heç nə qışqırmadı, hər şey sakitcə baş verib. O sadəcə, ona yaxınlaşdı, boğazından yapışıb bıçaqladı”, - radiostansiyanın baş redaktor müavini Sergey Buntman “Meduza” vebsaytına deyib.

Özbəkistanda doğulmuş 32 yaşlı Felqenhauer rusiyalı jurnalist və hərbi ekspert Pavel Felqenhauerin qızıdır. O, 2005-ci ildən “Exo Moskvı”da çalışır.

“Exo Moskvı” Kremlin nəzarətində olan Gazprom təbii qaz şirkətinə məxsusdur və Rusiyada azsaylı müstəqil media orqanlarındandır.

Rusiyada jurnalistlər tez-tez hücuma qalır. Sentyabrda “Exo Moskvı”nın jurnalisti Yuliya Latynina Moskvada hücuma və təhdiddən sonra ölkəni tərk etməli olub.

Siyasi təhlilçi Yekaterina Vinokurova VKontakte sosial şəbəkəsində yazıb ki, “Tanya və Exo Moskvı illər boyu hücumlara məruz qalır”.

Nyu-Yorkda yerləşənən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, 2017-ci ildə Rusiyada iki jurnalist öldürülüb.

XS
SM
MD
LG