Accessibility links

Nazirlik məişət tullantılarının düzgün idarə edilməməsinin qarşısını almaq üşün reydlər keçirir


Tullantı qabları (Foto ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsindən götürülüb)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Lənkəran şəhərinin Xəzər sahili ərazisində məişət tullantılarının qalaqlanması və plastik qabların toplanaraq yandırılması faktlarına qarşı 6, Salyan və Neftçala rayonlarında 3, Beyləqan rayonunda 1, Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 5 protokol tərtib edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə protokollar nazirlik tərəfindən bərk məişət tullantılarının, o cümlədən plastik tullantıların düzgün idarə olunmasını yoxlamaq məqsədilə reydlər zamanı tərtib edilib.

Plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 7 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 20 konteyner yerləşdirilib.

Nazirlik ilə yanaşı yerli hakimiyyət orqanları və “AzEkol” MMC-nin dəstəyi ilə yaxın günlərdə digər rayon mərkəzlərində 20 konteynerin yerləşdirilməsi nəzərdə tutulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG