Avqustun 30-da Bakı və Abşeron yarımadasında tozun miqdarı 3 dəfədən yuxarıdır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti məlumat yayıb.
Bununla bağlı Departament Bakı və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı müşahidələr aparır.
Nazrilik toz dumanının ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan daxil olduğunu bildirir.