Accessibility links

Ekvadorda solçu namizəd qalib gəlib


Ekvadorda keçirilən prezident seçkisində solçu namizəd Lenin Moreno qalib gəlib. Lakin onun mühafizəkar rəqibi Qiyermo Lasso səslərin yenidən hesablanmasını istəyir.

Milli Seçki Şurası Morenonun səslərin 51, bankir Qiyermo Lassonun isə səslərin 49 faizini topladığını bildirsə də, qalibi elan etməyib.

Quito şəhərində minlərlə qəzəbli Lasso tərəfdarı “saxta seçki” şüarları səsləndirərək, metal barrikadaları aşıb, Seçki Şurasının qərargahına yaxınlaşmağa çalışıblar. Polis onların qarşısını alıb.

Moreno tərəfdarları isə qələbəni təntənəli sürətdə qeyd ediblər və rəqiblərini seçkinin nəticələrini rədd etməyə çalışmaqda günahlandırıblar.

Latın Amerikasında bir sıra sağçı namizədlərin qələbələrinin ardından 16 milyon əhalisi olan kiçik Cənubi Amerika ölkəsində seçkilər yaxından izlənilirdi.

Morenonun qələbəsi Argentina, Braziliya və Peruda iqtisadiyyatın çökməsi və korrupsiya qalmaqallarının artması nəticəsində sağçı hökümətlərin hakimiyyətə gəldiyi bir vaxt Cənubi Amerikada mücadilə aparan solçu hərəkatına təkan verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG