Accessibility links

Müalicəsi mövcud olmayan ekzemaya nəzarət etmək mümkündür


Müalicəsi mövcud olmayan ekzemaya nəzarət etmək mümkündür
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Dəri xəstəliyi olan ekzemaya daha çox uşaqlarda rast gəlindiyinə baxmayaraq, bu xəstəlik yaşa baxmır. Öldürücü olmasa da, yuxuya mane olur. Bu isə valideynlərin işinə təsir edir. Ekzemanın müalicəsi mövcud deyil. Lakin buna nəzarət etmək mümkündür.

Ava Segurda anadan olduqdan az sonra ekzema inkişaf edib.

"Biz bütün bu müddət ərzində bu xəstəliyi nəzarətdə saxlamağa çalışmışıq. Lakin gözlənilmədən 18 aylığında onda qidaya allergiya müşahidə edildi" - deyə, ana Stefani Sequr bildirib.

"Ekzema xəstələrinin 3-də 1-də qida allergiyası müşahidə edilir" , doktor Donald Liyanq bildirib.

Dr. Donald Liyanq Denverdəki Milli Yəhudi Sağlamlıq Mərkəzində ekzema ilə qida allergiyası arasındakı əlaqəni araşdırır. O, ekzema, allergiya və astma arasında bağlılıq olduğunu deyir.

"Bu insanların quru və çatlamış dərisi ətraf mühitin allergentlərinin vücuda hopmasına yardım edir.."

Bir zamanlar qızının qızmar yay günəşi altında fəal olacağını ağlına belə gətirməyən Heter Karazim onun ağır ekzemaya malik olduğunu bildirir.

"Qan açılanadək qaşınırdı. Bundan sonra isə infeksiya qorxusu yaranırdı."

Alimlər ekzemanın nəzarət altına alınmasına ən erkən çağında başlanılmalı olduğunu deyir.

"Biz dəriyə baryer yaratmalıyır" , doktor Donald Liyanq bildirib.

Həkimlər 20 dəqiqəlik ilıq suda vanna qəbulunu və daha sonra məlhəm sürtülməsini tövsiyə edir.

"Biz su ilə plyonka, daha sonra məlhəmlə germetika yaradırıq. Bu, rütubətin saxlanmasına yardım edir" , doktor deyib.

Əlcəklər də uşaqların qaşınmamasına yardım edir. Başa isə papaq taxmaqla nəmliyi qorumaq mümkündür.

"Artıq bir həftədir bu müalicəni edirik. Budları və dirsəklərindəki qaşınma izləri artıq sağalıb" - deyə, Kristin Klayn bildirib.

Ekzemaya nəyin yol açdığını heç kim bilmir.

Hazırda alimlər dərinin hər bir elementi üzərində araşdırma apararaq dərinin baryerini nəyin zəiflətdiyini öyrənməyə çalışır.

XS
SM
MD
LG