Accessibility links

Ekzoplanetləri axtaran yeni cihaz [Video]


Ekzoplanetləri axtaran yeni cihaz
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Astonomlar deyir ki, Çilinin Atakama səhrasındakı teleskopların birində sınaqdan keçirilən yeni alət onların Yer kürəsinə bənzər planet axtarmaq imkanlarını təkmilləşdirəcək.

ABŞ-ın fəza agentliyi NASA təkcə qalaktikamızda bir milyarda yaxın Yer kürəsinə bənzər planetin olduğunu və bu planetlərin bəzilərinin günəş sistemlərinin yaşana biləcək hissələrində yerləşdiyini təxmin edir.

Bundan əlavə ESPRESSO bu paltformada gördüyünüz dörd cür teleskopun işığını toplaya bilir. Bu isə qeyri-adidir və onu hazırda dünyada mövcud olan ən böyük teleskopa taxıla bilən alət edir.
Qaspar Lo Kurto

Lakin onlardan bu qədər uzaq olduğumuz üçün, bu planetlər yalnız Qayalı Ekzoplanet və Sabit Spektroskopik Müşahidə üçün Eşel Spektroqrafı, qısaca isə ESPRESSO kimi texniki baxımdan mükəmməl cihaz ilə müyyən edilə bilər.

Bu alət üzrə alim Qaspar Lo Kurto deyir ki, uzaq planetlərin olub-olmadığı onların ulduzlarının qravitasiya çəkimi ölçülərək müəyyən edilə bilər.

“ESPRESSO spektroqrafı saniyədə 10 santimetrlik dəqiqliyə çatacaq. Bunu belə təsəvvür edə bilərsiniz: bir yürüyən insan sakitcə saniyədə bir metr sürətinə çata bilər, bu cihaz isə həmin insandan daha yavaş hərəkət edən ulduzun yerdəyişməsini ölçə biləcək və bunu milyonlarla kilometr uzaqlıqda edəcək,” deyə Lo Kurto bildirir.

Teleskopun linzasından gələn işıq optik lif vasitəsilə mənfi 150 dərəcədə saxlanılan böyük vakuum kamerasında yerləşən spektroqrafa transfer olunacq.

Orada işıq ulduzun sürətini müəyyən etmək üçün tərkib hissələrinə ayrılıb, təhlil olunacaq.

“Bundan əlavə ESPRESSO bu paltformada gördüyünüz dörd cür teleskopun işığını toplaya bilir. Bu isə qeyri-adidir və onu hazırda dünyada mövcud olan ən böyük teleskopa taxıla bilən alət edir,” Lo Kurto deyir.

Sınaqdan sonra ESPRESSO-nun yeraltı kamerası bağlanacaq və temperaturu sabit saxlamaq üçün azı 10 ilə oraya heç kəsin daxil olmasına icazə verilməyəcək .

Bir il öncə HARPS adlı daha az keyfiyyətli spektoqrafdan istifadə edərək astonomlar 40 işıq ili uzaqlığında yeddi yer kürəsi ölçüsündə planeti olan ulduz aşkar edib. Alimlər ümid edir ki, ESPRESSO onlara daha çox bu cür ulduz tampağa yardım edəcək.

XS
SM
MD
LG