Accessibility links

Misirdə Əl-Cəzirənin 3 jurnalisti həbsə məhkum edilib


Misirdə Əl-Cəzirənin 3 jurnalisti həbsə məhkum edilib. Onlar fəaliyyəti qadağan edlən Müsəlman Qardaşlarına dəstək verməkdə və yanlış xəbərlər yaymaqda ittiham edilir.

Avstraliyalı jurnalist Peter Qrest, Misir əsilli kanadalı Məhəmməd Fəhmi 7 il, Misirli Baher Məhəmməd isə əlavə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Əl-Cəzirə ittihamları rədd edərək, hökmlərin şok yaratdığını və jurnalistlərin azad edilməsi üçün beynəlxalq kampaniyasını davam etdirəcəyini bildirir.

Xəbər agentliyinin icraçı direktoru Al Ansti deyib ki, hökmlər heç bir dəlil olmadan verilib.

Avstraliyanın xarici işlər naziri Culi Bişop isə bildirib ki, qərar Misirin demokratiya iddialarına ziddir.

Qrest, Fəhmi və Məhəmməd dekabr ayında Qahirə mehmanxanasında həbs edilib.

Keçən həftə Əl-Cəzirənin 10 ay ittihamsız həbsdə saxlanılan jurnalisti Abdulla Elşami adaz edilib. O, yanvar ayında başladığı aclıq aksiyasından sonra ağırlaşan səhhətinə görə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG