Mayın 30-da saat 18.58-də +994 55 237 0202 nömrəli mobil telefondan Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərova təhdidedici zəng olub.
Ə.Ömərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, özünü polis polkovniki kimi təqdim edən şəxs onu təhqir edib, müxalifətin ünvanına söyüşlər söyüb və keçmiş baş prokuroru xəbərdarlıq edib.
“Mən Daxili İşlər Nazirliyinin polkovnikiyəm. Keçmiş Baş Prokuror olmağına baxmayaraq səni də keçmiş daxili işlə naziri İsgəndər Həmidov kimi başına torba salıb həbs edərik. Uşaqlarına, ailənə qarşı cinayət işi qaldırıb həbsə atarıq, işgəncə verərik. Sənin Novxanıda müxalifətin mitinqində nə işin var? Sən bu yoldan əl çək”, deyə özünü polkovnik kimi təqdim edən şəxs Əli Ömərovu hədələyib.
Ə.Ömərov bundan sonra ona zəng edənin kim olduğunu dəqiqləşdirməyə çalışıb.
“Həmin şəxs yenidən Daxili İşlər Nazirinin polkovniki olduğunu təsdiq etdi və məni xəbərdarlıq üçün zəng etdiyini təsdiq etdi. Mən ondan sual etdim ki, Azərbaycanın hansı qanunu ilə Cümhuriyyət bayramında iştirak etmək, insanlarla görüşmək qadağan edilib”.
Ömərov bununla bağlı prezident İlham Əliyevə, Daxili İşlər Naziri Ramil Usubova teleqram vurduğunu, Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng etdiyini və Amerika səfirliyinə müraciət etdiyini bildirib. “Bu quldurluqdur. Həmin şəxs aydınlaşdırılıb, qanuna uyğun olaraq cəzalandırılmalıdır”.
Amerikanın Səsinin müxbiri Əli Ömərova zəng edilmiş telefona zəng vurub. Həmin telefon nömrəsi mövcuddur, lakin telefona müvəqqəti olaraq zəng çatmır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, nəinki polis polkovnikinin, hətta gənc polis zabitinin vətəndaşa zəng edib, bu tondan danışması inandırıcı deyil. Buna baxmayaraq, vətəndaş müraciət edibsə, araşdırılıb cavab veriləcək”, mətbuat xidməti qeyd edib.