Accessibility links

El Pasoda Walmart-dakı qətl hadisəsində öldürülən 15 yaşlı şagirdin xatirəsi anılıb


Texasın El Paso şəhər məktəblərinin birində Walmart mağazasındakı qətl hadisəsində öldürülən 15 yaşlı şagirdin xatirəsi anılıb. Xaviyer Amir Rodriqez nifrət zəminində törədilən hücumun qurbanı olub.

Məktəb müəllimi Adrian Barrios bu faciədən dəhşətə gəldiyini deyib.

"Mən hələ də həyat eşqi ilə yaşayan Xaviyer və digər gənclərin aramızda olmadığına inana bilmirəm" - deyə, o bildirib.

Texasın sabiq qubernatoru və hazırda prezidentliyə namizəd Beto O`Rurke deyib ki, qeyri-tolerantlıq, nifrət və zorakılıq bizi bir araya gətirib, ölkəmizin və dünyanın heç bir zaman şahidi olmadığı qeyri-adi gücümüzü nümayiş etdirir.

21 yaşlı Patrik Krusus hücumda şübhəli bilinir. O, hücumdan öncə irqlərin qarışması barədə tənqidi mesajlar yayıb.

Rəsmilər onun ölüm cəzası ilə ittiham edilməsinə çalışdıqlarını deyir.

Ölənlər arasında 8 Meksika vətəndaşı var.

Meksikalılar tez-tez sərhədi keçərək Walmart-da alış-veriş edirlər.

Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ Konqresini silahlarla bağlı daha ciddi qanunların tətbiqinə çağırıb.

XS
SM
MD
LG