Accessibility links

Əl-Şəbəb militant qrupu Somalidə hərbi bazaya hücum edib


Əl-Şəbəb militantları Somalinin şimalında Kismayo şəhəri yaxınılığındakı hərbi bazada intiharçı hücum törədib. Region rəsmilərinin Amerikanın Səsinə verdiyi məlumata görə, hücum nəticəsində Somali hərbi qüvvələrinin yeddi əsgəri həlak olub.

Rəsmilərin bildirdiyinə görə, ağır silahlanmış militantların Bulogudud şəhərində bazar günü erkən saatlarda hərbi bazaya hücumundan öncə intiharçı hücumçular hərbi yoxlama məntəqəsinin qarşısında partlayıcılarla dolu iki maşını partladıb.

Cubbaland regionunun administrasiyasının sözçüsü Əbdülnasir Serar Amerikanın Səsinə hücum nəticəsində 10-dan çox əsgərin yaralandığını bildirib.

Əl-Şəbəb militant qrupu hökumət qüvvələrinin 26 əsgərinin öldürüldüyünü, hərbi maşınlar və silahların ələ keçirildiyini iddia edir.

Tərəflərin verdiyi məlumatlar müstəqil mənbələr tərəfindən hələlik təsdiq edilməyib.

Rəsmilər bildirib ki, Kismayodan göndərilmiş hərbi dəstək qüvvələri pusquya düşdüyü üçün döyüş iki saat davam edib. Hərbi mənbələrin Amerikanın Səsinə verdiyi məlumata görə, Əl-Şəbəb militantları bazaya daxil ola bilib, lakin administrasiyanın sözçüsü Sarar bunu təkzib edib.

“Onlar bazanı ələ keçirə bilməyib, nə də oraya daxil ola bilib. Onlar şəhərin kənarından atəş açıb, lakin iki maşın bazaya yaxın yerdə partladılıb”, o bildirib.

Somali əsgərləri və Cubbaland regionunun qüvvələri hücuma məruz qalmış bazadan birgə istifadə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG