Accessibility links

Əl-Şəbab yaraqlıları fransız girovun sağ olduğunu israr edir


Somalidə fəaliyyət göstərən Əl-Şabab qrupu bildirir ki, həmin ölkədə girovda olan Fransa vətandaşını xilasetmə cəhdi nəticəsində ikinci fransız əsgər ölüb.

Əl-Şəbab sözçüsünün dediyinə görə, əsgərlər xilasetmə əməliyyatı zamanı aldığı yaralardan ölüb. Lakin sözcü qruplaşmanın girov Denis Aleksin sağ olduğu barədə bəyanatını yenidən təkrarlayıb.

Qiyamçı qruplaşma öldürülmüş fransız kommandolardan birinin şəkilini öz Twitter hesabında yayıb.

Fransa müdafiə naziri Jan-Yves Le Drainin dediyinə görə, rəsmilər Aleksin Əl-Şəbab qrupu tərəfindən öldürüldüyünə inanırlar. O, fransız əsgərlərdən birinin cümə günü xilas etmə zamanı öldüyünü və digərinin isə itkin düşdüyünü və ya öldüyünü güman edir.

“Somaliya gəldikdə mən dediyimi təsdiq edirəm: Baş verənlər göstərir ki, girovda olanlardan biri öldürülüb və digər itkin düşmüş əsgər də güman ki, qətlə yetirilib. Biz inanırıq ki, Əl-Şəbab tezliklə bu olaydan ədəbsiz şou sərgiləməyə çalışacaq”- deyə Fransanın müdafiə naziri bildirib.

Reyd zamanı 17 yaraqlı öldürülüb.

ABŞ prezidenti Barak Obama deyir ki, ABŞ hökuməti əməliyyata “məhdud texniki yardım” göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG