Accessibility links

ABŞ-ın hava zərbələri nəticəsində Somalinin paytaxtında Əl-Şəbabın 4 üzvü öldürülüb


ABŞ-ın hava zərbələri nəticəsində Somalinin paytaxtında Əl-Şəbabın 4 üzvü öldürülüb. Onların partlayıcılarla dolu maşınları da sıradan çıxarılıb.

Hücum paytaxt Maqadişudan 25 kmlimetrlik məsafədə həyata keçirilib. Beləliklə mülki əhalini hədəf alan partlayıcılardan xilas olunub.

Ordunun bəyanatında deyilir ki, Afrika və ABŞ komandanlıqları mülki əhali arasında baş verə biləcək itkiləri araşdırır.

ABŞ Əl-Şəbaba qarşı 30-dan artıq hücum həyata keçirb. Pentaqonun bildirdiyinə görə, dekabrın 24-də hücum zamanı 13 yaraqlı qətlə yetirilib.

İki həftə əvvəl Somalinin paytaxtı Moqadişu şəhərindəki polis təlim mərkəzinə intiharçı bomba hücumu nəticəsində bir neçə adam həyatını itirib.

Militant islamçı qrup olan Əl-Şəbab hücumun məsuliyyətini öz üzərinə götürüb.

Birləşmiş Millətlər Təşkilatının Somalidə 20 ay ərzində hazırladığı bəyanatda bildirilir ki, Əl-Şəbab qrupu mülki şəxsləri hədəf almağı davam etdirir.

“Hesabatın əhatə etdiyi 20 aylıq dövr ərzində bütün sivil itkilərin 60 faizi Əl-Şəbabın fəaliyyəti nəticəsində olub. Onlar münaqişələr zamanı ən çox dinc əhalinin ölümünə səbəb olan terror qruplarındandır. Əl-Şəbabın səbəb olduğu hadisələrin 79 faizi improvizasiya edilmiş bomba qurğuların və ya yollarda avtomobillərin partladılması nəticəsində baş verir” - deyə, BMT baş katibinin xüsusi nümayəndəsi Maykl Ketinq bildirib.

Əl-Şəbab terror qruplaşması Somalidə çevriliş edərək höküməti devirib, əvəzində sərt İslam qaydalarına müvafiq dövlət qurmaq istəyir.

XS
SM
MD
LG