Accessibility links

Jurnalistin məhkəməsi davam edib


Elçin Həsənov
Elçin Həsənov

Mayın 18-də Bakının Nizami Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan jurnalist və fəal Elçin Həsənovun işi üzrə prosesdə vəkil Fariz Namazlı son sözlə çıxış edib.

Mayın 13-də keçirilən iclasda prokuror onun 3,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Bu gün vəkil Fariz Namazlı məhkəməni Elçin Həsənova qarşı cinayət işini bəraətverici əsaslarla dayandırmağa çağırıb.

O qeyd edib ki, iş üzrə heç bir şahid yoxdur.

Zərərçəkən məhkəmə zalında bildirib ki, jurnalistə qarşı iddiası yoxdur. Həmçinin istintaq özü də Elçin Həsənovun guya işlətdiyi “alət cinayətini” müəyyən etməyib.

Vəkil əmin olduğunu bildirib ki, cinayət təqibinin əsl səbəbi Elçin Həsənovun jurnalist fəaliyyəti və vətəndaş fəallığı ilə bağlıdır. Belə ki, o bundan öncə də müxtəlif formada təzyiqlərə məruz qalıb, polis tərəfindən saxlanılıb.

Gözləntilərə baxmayaraq, hakim Elçin Həsənova söz verməyib və iclası tələsik bitirərək dinləmələri mayın 25-nə təyin edib.

Elçin Həsənovdan yaşayış yerindən başqa yerə çıxmamaq barədə iltizam alınıb. Həmçinin istintaq materiallarının açıqlanmaması barədə iltizam alınıb.

Elçin Həsənov hesab edir ki, o, jurnalist və müxalifət fəaliyyətinə görə təqib olunur. Belə ki, o, Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” İnternet-qəzetin redaktor müavinidir.

Bundan əlavə, Elçin Həsənov AXCP Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı sədrinin müavinidir.

Elçin Həsənova qarşı cinayət işinin qaldırılması onun orduda korrupsiya və mənimsəmələrlə bağlı yazılarının dərcilə eyni vaxta təsadüf edir.

Cinayət işi bir il öncə baş vermiş hadisə ilə əlaqədardır. Belə ki, Elçin Həsənov “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun hücumuna məruz qalıb (sonuncu hazırda zorla pul tələb etmək ittihamı ilə istintaq altındadır).

İnsidentdən sonra Elçin Həsənov polisə şikayət edib və bir qədər sonra Cəfər Cəfərov Elçin Həsənovun şikayəti üzrə deyil, zorla pul tələb etmək faktı ilə əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Lakin bu ilin martında bu fakt üzrə Elçin Həsənovun özünə qarşı CM-in 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi qaldırılıb.

Elçin Həsənov mətbuata bu barədə məlumat verdikdən sonra xuliqanlıq ittihamı daha ağır maddəyə - 221.3-ə (odlu silah tətbiq etməklə xuliqanlıq) tövsif edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG