Accessibility links

Vəkil həbs edilib


Tổng thống Obama nhận hoa khi bước xuống máy bay tại sân bay Nội Bài ở Hà Nội, tối ngày 22/5/2016.<br />
&nbsp;
Tổng thống Obama nhận hoa khi bước xuống máy bay tại sân bay Nội Bài ở Hà Nội, tối ngày 22/5/2016.<br /> &nbsp;

Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Elçin Namazov 15 sutka həbs olunub. O polisin qanuni tələbinə əməl etməməkdə suçlanır. Bu barədə AzadlıqRadiosuna vəkilin qardaşı Əkrəm Namazov məlumat verib.

Onun sözlərinə görə, E.Namazovun ofisində axtarış aparılıb, bütün məhkəmə və digər sənədləri götürülüb.

Elçin Namazov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Vəkilin onunla görüşünə imkan yaradılmayıb.

2011-ci ilin sentyabrında Vəkillər Kollegiyasının qərarı ilə E.Namazov vəkillikdən uzaqlaşdırılıb. Qərarda onun məhkəməyə hörmətsizlik edib, vəkillik etikasını pozduğu göstərilib.

E.Namazov sözügedən məhkəmədə müxalifətin 2 aprel aksiyaçılarının hüquqlarını müdafiə edirmiş.

E.Namazov Kollegiyanın bu qərarını qərəzli, müstəqil vəkillərin susdurulması, çıxdığı siyasi işlərlə bağlı olduğunu hesab edib.

Vəkillikdən uzaqlaşdırılandan bəri E.Namazov məhkəmədə hüquqi nümayəndə kimi çıxırdı.

XS
SM
MD
LG