Accessibility links

Eldar Mənsurov: `Hər yerindən duran Allah vergisi olduğunu deyir` [Audio]


Eldar Mansurov
Eldar Mansurov
please wait

No media source currently available

0:00 0:11:37 0:00


Bu gün qonağımız Azərbaycanın görkəmli incəsənət xadimi, bəstəkar Eldar Mənsurovdur.

Bizldiyimiz kimi musiqisi, mahnıları xalq tərəfindən çox sevilən Eldar Mənsurov Azərbaycanın misilsiz sənətkarı, opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Əlövsət Sadıqov, Həqiqət Rzayeva, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, kimi korifeylərlə işləyən və həmişə təmasda olan, mərhum tarzən Bəhram Mənsurovun oğludur. Eldar Mənsurov da o insanların əhatəsində böyüyüb-başa çatıb.

Eldar müəllimlə söhbət zamanı o, elə bu məqama toxunaraq dedi ki, onun bir bəstəkar kimi yetişməsində Fikrət Əmirov kimi böyük sənətkarların rolu olub. Bəstəkar illərlə həm qazandığı uğurlar, həm də itirdiklərindən danışarkən Qara Qarayev, Fikrət Əmirov və digər böyük bəstəkarların adını çəkdi. Eldar müəllim bu bəstəkarların sənətinin bu gün də yaşadığını dedi.

Bəstəkar dedi ki, hər dövlətin himni, bayrağı kimi atributları var və hər kəs bu atributlara hörmətlə yanaşır. O, Azərbaycan musiqisinin də bir atribut olduğunu və bu musiqi ilə fəxr edildiyini dedi.

Söhbəti zamanı Eldar Mənsurov hal-hazırda yerindən duranın musiqi yazdığını, şer yazğıqını, oxuduğunu dedi və əlavə etdi ki, buna görə də Sovet dövründə olduğu kimi, senzura bərpa edilməlidir. “Mən həmişə demişəm, musiqi Allah vergisidir. Bu doğrudan da sənətləri uzun müddət yaşayan, həmişə sevilən insanlara aiddir. Lakin indi yerindən duran “Allah vergisi var məndə”, deyir" - deyə, o bildirdi.

Bəstəkar bütün bunların onu ağrıtdığını, bizim dahi bəstəkarların davamçılarının olması arzusunda olduğunu dedi. O, gənc nəslin musiqi təhsilini xaricdə davam etdirməsinin yaxşı hal olduğunu desə də, onu da əlavə etdi ki, Azərbaycan bəstəkarlıq məktəbi həmişə güclü olub və xaricdə təhsil alan gənclərin bəstələdikləri əsərlərin çox zaman Azərbaycan milli musiqisnə aidiyyəti yoxdur.

Eldar Mənsurov yaradıcılığına başlayandan indiyə qədər çox vaxt gənclərlə işlədiyini dedi. O, vaxilə Flora Kərimova, Mirzə Babayev, Elmira Rəhimova, Akif İslamzadə və digər müğənnilərin onun bəstəkar kimi böyüməsinə yardım etdiklərini bildirdi.

Bəstəkar indi də Aygün Kazımova və Faiq Ağayev kimi tanınmış müğənnilərlə yanaşı, gənc istedadlardla da işlədiyini dedi.
XS
SM
MD
LG