Accessibility links

Tarixçi alim Eldar İsmayılov vəfat edib (Alimin Amerikanın Səsinin arxivindəki müsahibəsi)


Eldar İsmayılov
Eldar İsmayılov

Eldar İsmayılov Bakı Dövlət Universitetinin professoru və ictimai xadim idi.

Bakı Dövlət Universitetinin slavyan xalqları tarixi kafedrasının professoru, Vətəndaş Cəmiyyəti Uğrunda ictimai təşkilatının rəhbəri Eldar İsmayılov vəfat edib.

Virtualaz.org saytı bu barədə mərhumun yaxınlarına istinadən xəbər verir.

Eldar İsmayılov 1950-ci il, martın 30-da Bakıda anadan olub. 1973-cü ildə Moskva Dövlət Universitetini bitirib və aspiranturaya daxil olub. 1992-ci ildə professor olub. 1990-1994-cü illərdə BDU-nun tarix fakultəsinin dekanı işləyib. 1997-ci ildən indiyədək universitetdə işlə yanaşı Vətəndaş Cəmiyyəti Uğrunda adlı QHT-yə də rəhbərlik edirdi. E.İsmayılovun təşkilatı Azərbaycanda seçkilərin monitorinqi ilə məşğul olurdu.

Eldar İsmayılovun 2011-ci ildə Amerikanın Səsinə verdiyi müsahibə bu gün də aktuallığını saxlayır. Müsahibəni bir daha diqqətinizə çatdırırıq:

Bakı Dövlət Universitetinin doktoru Eldar İsmayılov Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanın 93 il əvvəl, 1920-ci il aprelin 28-də Rusiya tərəfindən işğalının tarixi dərslərindən danışıb.

Sual: Rus ordusunun Azərbaycanı işğalının tarixi dərsləri nədir?

Azərbaycan müdafiə qüdrətini daim artırmalıdır.
Cavab: İşğal təhlükəsi o vaxt da var idi, müəyyən təhlükə indi də qalır. Əlbəttə, Azərbaycan hər an müdafiəyə hazır olmalıdır. Bu, birinci tarixi dərsdir. Rusiyanın Gürcüstana son hücumu təhlükənin reallığını bir daha təsdiq etdi. Bu səbəbdən də Azərbaycan müdafiə qüdrətini daim artırmalıdır.

Sual: 28 aprel yalnız fiziki işğal deyildi, həm də ideoloji işğal idi. Azərbaycanda uzun müddət leninizmi ideologiyası hakim olub. Leninizmi insan hüquqları, demokratiya və dövlətçilik baxımından Azərbaycana hansı dərsləri verib?

Leninizmi ideologiyası milli dövlətçiliyin inkarıdır.
Cavab: Leninizmi ideologiyası milli dövlətçiliyin inkarıdır. Doğrudur sənədlərdə keçmiş SSRİ müttəfiq dövlətlərin ittifaqı idi, amma burada federasiya yox idi. Birmənalı deməliyik ki, 1920-ci il aprelin 28-də Azərbaycan öz müstəqilliyini itirdi və müstəqilliyin yenidən bərpası üçün yetmiş ildən çox vaxt lazım oldu. Leninizmi dövlətçilik sahəsində heç bir iş görmədi və görə də bilməzdi, çünki bu ideologiyanın məğzi müstəqil dövlətlərin mövcudluğunu inkar idi.

Sual: İnsan hüquqları, demokratik azadlıqlar sahəsində hansı dərslər verib?

Sovet dövrü Azərbaycanın demokratik inkişafında bir durğunluq dövrü idi.
Cavab: Müəyyən müsbət meyllər var idi. Onu inkar etmək düzgün olmazdı. Amma, açıq demək lazımdır ki, Sovet dövrü Azərbaycanın demokratik inkişafında bir durğunluq dövrü idi. O dövrdə, insanların hüquqlarının məhdudlaşdırılması sahəsində ciddi işlər aparılıb. Bu, cəmiyyətdə dərin psixoloji izlər buraxıb və Azərbaycan cəmiyyəti indi də hər an bunu hiss edir.

Sual: Leninizmi həm də təkpartiyalı sistem demək idi. Təkpartiyalılıq ölkəyə nə verib?

Siyasi sistem baxımından bu gün də Azərbaycanda keçmişə qayıdış hiss edilir.
Cavab: Təkpartiyalı sistemdə müəyyən dövr iqtisadi və sosial inkişaf var idi. Amma, son nəticə etibarı ilə rəqabət mühiti olmadığından bu, durğunluğa və böyük böhrana səbəb oldu.
Onu da açıq demək lazımdır ki, siyasi sistem baxımından bu gün də Azərbaycanda keçmişə qayıdış hiss edilir. Cəmiyyətimizdə elə qüvvələr var ki, ölkəni geriyə sürükləməyə cəhd göstərir.

Sual: Azərbaycan cəmiyyəti leninizmi ideologiyasından demokratiya ideologiyasına doğru dönüş edə bilibmi? Ölkədə leninizmi və demokratiya arasında balans necədir?

Leninizmi artıq iflasa uğrayıb. Bunu Azərbaycan da qəbul etməlidir və leninizmi ünsürlərindən uzaqlaşmalıdır.
Cavab:Leninizmi və demokratiya balansı yoxdur. Çünki, leninizmi təkpartiyalı sistemi və sinfi mübarizəni özündə ehtiva edir. Leninizmi dövrü bəlkə də, öz dərin təhlilini gözləyir. Bu ideologiya bəlkə də, ötən əsr üçün regionda qarşısı alınmaz bir meyl idi. Bu gün isə leninizmi artıq iflasa uğrayıb. Bunu Azərbaycan da qəbul etməlidir və leninizmi ünsürlərindən uzaqlaşmalıdır. Bizim başqa çıxış yolumuz yoxdur. Əgər Azərbaycan kommunizm ideologiyasının bu və ya digər formada təbliğini davam etdirsə, biz də həmin ideologiya kimi iflasa uğrayacağıq. Bu sözsüzdür.

Sual: Leninizmi, yəni Rusiya işğalı, kommunizmi ideologiyası dünyada böyük fəlakətlərə səbəb olub. On milyonlara insan bu ideologiyanın təsirlərindən məhv olub. Azərbaycan nə qədər insanını itirib?

Mən 1937-38-ci illəri əhatə edən bir tədqiqat aparmışam. Bu iki ildə, kütləvi repressiyalar dalğasında Azərbaycanda 80 minədək insan güllələnib. Amma, ümumən 20-ci, 30-cu, 40-cı illərin itkilərini hesablamaq çox çətindir.
Cavab: Dəqiq rəqəm demək çox çətindir. Azərbaycanın inqilablar, müharibələr və repressiyalar nəticəsində müxtəlif sayda insanını itirməsi ilə bağlı rəqəmlər səsləndirilir. Məsələn, mən 1937-38-ci illəri əhatə edən bir tədqiqat aparmışam. Bu iki ildə, kütləvi repressiyalar dalğasında Azərbaycanda 80 minədək insan güllələnib. Amma, ümumən 20-ci, 30-cu, 40-cı illərin itkilərini hesablamaq çox çətindir. Azərbaycan əhalisi 1920-ci ildə 1 milyon 200 min idi. Çox böyük artım şəraitini nəzərə alsaq 1947-ci ildə Azərbaycan əhalisi 2 milyon 700 min nəfər olub. İnqilabdan, birinci və ikinci dünya müharibələrindən sonra Bakıya işləmək üçün gələn çoxsaylı insanları da burada nəzərə almaq lazımdır. Bu fonda təxmini hesablamalara görə, Azərbaycan 1947-ci ildəki əhalisinin yarısı qədər insanını birbaşa və dolayısı ilə itirib. Onlar ya güllələnib, ya müharibələr və inqilablar dövründə həlak olub, ya da aclıqdan, xəstəlikdən dünyasını dəyişib.
XS
SM
MD
LG