Accessibility links

Birləşmiş Ştatlarda 65 yaşdan yuxarı insanlar artmaqdadır [Video]


Birləşmiş Ştatlarda 65 yaşdan yuxarı insanlar artmaqdadır
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Birləşmiş Ştatlarda 65 yaşdan yuxarı insanlar artmaqdadır və həmin insanlardan çoxu xaricdə doğulanlardır. Nyu-York kimi böyük şəhərlərdə isə 2020-ci ilədək əhalinin böyük hissəsini 65 yaşdan yuxarı insanlar təşkil edəcək. Onlara mədəniyyətlərinə uyğun şəkildə göstərilən xidmətlər də artacaq.

“Desi Yaşlılar Mərkəzi”nə həftədə üç dəfə gələn banqladeşlilər orada ibadət edir, halal yeməklər yeyir və idmanla məşğul olur. Banqladeşlilər son zamanlar ölkəyə daha çox gələn mühacirlərdəndir və xüsusilə yaşlılar olmaqla, onların ingilis dili məhdudiyyətləri mövcuddur. Banqladeşli mühacir Cahan Ara Amin: “Mən buraya ilk dəfə gələndə ingilis dilini bilmirdim, elə indi də bilmirəm. Hər dəfə yatmağa gedəndə düşünürəm ki, sabah çıxıb insanlarla söhbət edəcəyəm.”

“Şəhərsalma Planı Mərkəzi”nin baş təhqiqatçısı Kristian Qonzales-Rivyera deyir ki, də mədəni və linqvistik xidmətlərin az olmasına görə yaşlı mühacirlərinsosial təcridi qeyri-adi hal deyil. “Siz çox tez-tez nəvələri ana dilində danışmadıqları üçün təcrid olunmuş yaşlılara rast gələ bilərsiniz. Onlar tamamilə yad bir mədəniyyətdə yaşayırlar. Öz dogma vətənlərindən fərqli olaraq, bir yaşlı kimi Birləşmiş Ştatlarda onların yeri başqa ola bilər.”

“Desi Yaşlılar Mərkəzi” nəzdində fəaliyyət göstərən “Hindistan Evi” bütün formalarda təcridlərin qarşısını almağa çalışır. Buraya gələnlər içərisində heç bir social və federal xidmətlərlə təmin olunmayan, ailələri ilə birlkdə yaşayan yaşlılar da var. “Bizim insanlar daha mühafizəkar, daha dindar və ailəyə daha çox bağlı insanlardır Onlar ailələrindən ayrılmaq istəmir. Lakin yaşlıların ailələrlə yaşaması çox çətindir. Çünki onların evladlarının, qızları və ya oğlanlarının ola bilsin ki, maddi omkanları yoxdur” deyə, mərkəzin direktoru Diləfruz Nərgiz Əhməd bildirir.

Hətta sosial təcrid 25 il əvvəl Hindistandan gəlmiş və Amerika vətəndaşı olan Şah ailəsi üçün də mövcuddur. Bharat Şah “Hindistan Evi”nə gəldikdən və kurslara yazıldıqdan sonra burada etimad qazandığını deyir. “Siz özünüzü inkişaf etdirməlisiniz. İnsanlarla söhbət etməli, münasibət qurmalı, onlardan ət etdiklərini, nə ilə məşğul olduqlarını soruşmalızınız. Beləliklə, bu sizə istedadınızı başqalarına göstərmək imkanı verir.”

Şahlar deyirlər ki, onların xoşbəxtliyi sağlamlıqları və özlərini məşğul saxlamalarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG