Accessibility links

3D printerlə hazırlanan musiqi alətləri [Video]


3D printerlə hazırlanan musiqi alətləri
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Birmənalı olaraq, bu səs elektro gitaranın səsidir. Amma kim deyə bilərdi ki, bu orijinal yox, 3D printerlə çap edilmiş elktro gitaradır?

Bu gitara İsveçin Lund Universitetinin professoru tərəfindən metal tozlar və lazer istifadə edilərək çap edilib.

“Bu gitaralar elekto gitaralardır və onun verdiyi səsin elmi olaraq necə yarandığını bilirsən. Titrəyişə təsir edəcək hər şey səsin keyfiyyətinə təsir edir. Elektro gitara olduğunu üçün elekto gitaranın verdiyi səsi verir. Lakin təbii ki, akustik gitaranın 3D çapı ilə eyni səsi almaq daha çətindir.”

Amma bəzi peşəkar gitaraçılar bu ixtiraya o qədər də heyran olmayıblar. Məsələn, bu musiqiçinin fikrincə 3D gitaranın səsi pis və ya yaxşı deyil. Sadəcə fərqlidir.

“Hər bir halda mürəkkəb çap materialından hazırlanmış gitaranın fərqi bu və ya digər formada özünü biruzə verir və səsə təsir edir. Amma bu həm də yaxşı şey ola bilər. Məsələn, bu yolla hazırlanmış gitaranın səsi dəyişməz olaraq qala bilər.”

Professor 3D çap texnologiyalar istifadə edərək, bir neçə digər elektro alətlər də hazırlayıb. Amma o indi yeni istiqamətdə irəliləmək istəyir.

“Nəfəsli musiqi alətlərin çapı bizə unikal səsli alətlər hazırlamaq imkanı verə bilər. Məsələn, müxtəli akkordlar ifa edən fleyta.”

Professorun istehsal etdiyi alətlərin bəziləri hətta səhnəyə də çıxıb. Onun dediyinə görə, məqsədi fərdi tələblərə uyğun, amma digərləri ilə eyni qiymətə olan gitaraların hazırlanmasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG