Accessibility links

Elektrikli yeni Ford Mustang


Ford şirkəti bazar günü axşam Los Angeles avtomobil sərgisində yeni elektrikli “Mustang Mach E” SUV modelini təqdim edib. 5 nəfər sərnişin daşımaq qəbiliyyətində olan yeni Ford “Mustang Mac E” ikonik Mustang sport tipli modelinə bənzəyir. Sadə komplektasiyada 0-100 km-ə qədər sürəti 6 saniyəyə yığmağı gözlənilsə də, “Mustang Mac E” GT versiyasının bunu 3.5 saniyədə edəcəyi gözlənilir.

Hazırda ABŞ-da elektrikli avtomobillərin satışı ümumi bazarın 1.2 fazini təşkil edir. Təhlilçilər növbəti illərdə bu rəqimin 7 faizə qədər artacağını təxmin edir. Bu səbəbdən də Ford şirkəti 2022-ci ilə qədər 6 yeni elektikli model təqdim edəcəyini bildirib.

Bir dəfə enerji doldurmaqla 370 km yol qət etmək qabiliyyətinə malik olacaq modelin başlanğıc qiymətinin 44 min dollara olacağı və 2020-ci ilin payızında satışa çıxarılacağı gözlənilir.

XS
SM
MD
LG