Accessibility links

Avtomobillərdən ictimai istifadə proqaramlarında isitfadə olunan elektrik maşınlar [Video]


Avtomobillərdən ictimai istifadə proqaramlarında isitfadə olunan elektrik maşınlar
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Elektrik maşınlar yavaş-yavaş qlobal maşın bazarına daxil olmağa başlayıb. Lakin yüksək qiymətlə yanaşı istehsakçıların bu maşınlara qarşı meyilsiz olmalarının digər əsas səbələrindən biri də onların batareyalarını doldulmaq üçün lazım olan infrastkrukturun çatışmazlığıdır.

Elekrik maşınlar artıq reallıqdır və onların sayı getdikcə artır. Çox yaxında Londonun ikonik qara taksilərinin bəziləri artıq batareya ilə işləyəcək.

Fossil yanacağı nəhəngi Royal Dutch Shell zəmanənin dəyişdiyini qəbul edir və bu səbəbdən də indi artıq İngiltərədəki bəzi yanacaq doldurma məntəqələrində batareya doldurma stansiyaları yerləşdirib.

“Biz elektrik maşınların ölkədəki nəqliyyatın gələcəyinin bir hissəsi olduğunu dərk edirik və müştərilərimizə seçim imkanı vermək istəyirik. Beləcə onlar istəsə bizim məntəqədə maşınlarının batareyalarını doldura bilərlər”, Shell-dən Ceyn Lindsi-Qrin bilririr.

Lakin icitmaiyyət arasında elektrik maşınların işəyararlığı barədə çaşqınlıq mövcuddur. Onlar qısa məsafə qət edə bilir. Batareyanı yenidən doldurmaq isə ən az yarım saat çəkir. İctimai batareya doldurma məntəqələrinin sayının az olması isə bu vaxtı daha da uzadır.

“Bəzi hallarda batareya doldurma məntəqələrində 3-4 maşın növbədə olur. Bu isə o deməkdir ki, maşının batareyasını doldurmaq üçün insanlar 2-3 saat gözləyir”, Elektrik Maşın Sürücüləri Assosiasiyasından Simon Empson söyləyir.

Polşanın Vrotslav şəhəri kimi böyük şəhərlədə elektrik maşınlardan maşınlardan ictimai istifadə proqramları üçün istifadə olunur.

“Bron etmək və icarəyə götürmək işləri smartfon vasitəsilə edilir. Maşının qapısı mobil applikasiyası ilə açılır. Eyni zamanda həmin applikasiyadan istifadə edərək maşın geri qaytarılır. Yəni hər şey açarsız həll olunur”, Vozilla Elektrik Maşın İcarəsindən Robert Toporski deyir.

Saatı 16 dollarlıq tarifi olan bu elektrik maşınları sürmək benzinlə işləyən ən ucuz maşını icarə götürməkdən belə daha ucuz başa gələcək. Bu maşınların ucuz qiyməti ilə yanaşı telefon applikasiyası vasitəsilə bütün hər şeyi həll edə bilmək imkanı da böyük şəhər sakinləri üçün əlverişli olacaq. Eyni zamanda isə bu maşınlar onların nəfəs aldıqları havanın da daha təmiz olmasına gətirib çıxaracaq.

XS
SM
MD
LG