Accessibility links

Tədqiqatçılar daxili yanma mühərriyi olan maşınlara son qoymağın yollarını araşdırır [Video]


Tədqiqatçılar daxili yanma mühərriyi olan maşınlara son qoymağın yollarını araşdırır
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Hibrid maşınlar yavaş-yavaş maşın bazarına daxil olur. İnsanlar artıq Elon Maskın yeni tamamilə elektriklə işləyən Tesla Model 3 maşını üçün növbəyə də yazılıblar. Lakin bu maşınlar nə qədər populyar olsa da, onların batareyalarının təbii məhdudiyyətləri var.

Demək olar hər bir böyük avtomobil istehsalçısı elektrik və hibrid maşınlar istehsal edir.

Tesla Model 3
Tesla Model 3

Lakin bütün elektrik maşınların bir böyük çatışmazlığı var. Onlar bir dəfə doldurulan batareya ilə sadəcə 300 kilometr yol qət edə bilir.

Britaniyalı tədqiqatçılardan ibarət bir qrup bu məhdudiyyəti aradan qaldıracaq yeni texnologiya üzərində işləyir. Ona maraq isə çox böyükdür.

“Bizim Jaguar, Landrover Nissan kimi meynstrim maşın istehsalçılarından tutmuş ekstrim idman maşınları şirkətlərinədək bir çox müştərilərimiz var. Yəni müştərilərimiz müxtəlifdir, ona görə də onların sınaq və xarakteristika baxımından bir çox müxtəlif tələbləri olur”, deyə Uorvik Universitetindən Mark Amor-Seqan bildirir.

Komandanın texnologiyası iki mərhələdən keçir.

İlk olaraq müxtəlif ehtiyacları qarşılayacaq fərqli batareyalar yaratmaqdır. Bunu etmək üçün onlar alilmlərin “mürəkkəb” adlandırdıqları şeyin içindəki kimyəvi maddələri dəyişdirirlər.

“Bu mürəkkəbin yaxşı teksturası var. O parlaq və homogendir və yaxşı süzülür. Bu isə o deməkdir ki, biz onunla yaxşı sabit elektrod əldə edə bilirik”, Uorvik Universitetindən Dr. Emma Kendrik söyləyir.

Bu mürəkkəb mis və alüminium parçalarının üzərinə sürülür.

Biz gələcəkdə elektrik batareya ilə məsafəni uzadan yanacaq hüceyrəsi olan elektrik maşın hazırlamaq istəyirik. Beləcə bu batareya heç bir emissiya buraxmayacaq. Batareyanın enerjisi azpalanda, yanacaq hüceyrəsi batareyanı dolduracaq. Həmin yanacaq hüceyrəsi isə heç bir çirkləndiricilər çıxarmır.
Mark Amor-Seqan

“Biz mürəkkəbi folqanın üzünə çəkirik və quruduruq. Daha sonra kalandr maşınına salırıq və orada materialı əzirik ki, onun məsaməliliyi azalsın. Və elə orada ya yüksək gücü olan ya da yüksək enerjisi olan batareya seçiminə qərar veririk . Yəni maşınin uzun məsafə qət etməsimi, yoxsa daha sürətli getməsimi vacibdir”, Uorvik Universitetindən Dr. Markus Yan bildirir.

İkinci mərhələ hidrogen hüceyrə texnologiyasını elektrik maşının infrastrukturuna daxil etməkdir.

“Biz gələcəkdə elektrik batareya ilə məsafəni uzadan yanacaq hüceyrəsi olan elektrik maşın hazırlamaq istəyirik. Beləcə bu batareya heç bir emissiya buraxmayacaq. Batareyanın enerjisi azpalanda, yanacaq hüceyrəsi batareyanı dolduracaq. Həmin yanacaq hüceyrəsi isə heç bir çirkləndiricilər çıxarmır”, deyə Amor-Seqan bildirir.

Amma bunlar hələ ki, həyata keçirilməmiş ideyalardır.

“Bizim məqsədimiz elektrik maşınlara elə batareya yerləşdirməkdir ki, maşını heç vaxt elektrik şəbəkəsinə qoşmağa ehtiyac qalmasın. Maşın hərəkət etdikcə özü lazım olan elektrik enerjisi ilə yüklənəcək”, Amor-Seqan deyir.

Britaniyalı komanda deyir ki, tamamilə elektrik ya da yanacaq hüceyrəsi olan hibridli maşınlara hələ bir neçə il var, amma daxili yanma mühərriki olan maşınlara isə çox yaxında son qoyulacaq.

XS
SM
MD
LG