Accessibility links

Elektriklə işləyən təyyarələr [Video]


Elektriklə işləyən təyyarələr
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Elektriklə işləyən maşınlar getdikcə populyarlaşdığı bir vaxt, özəl nəqliyyat sahəsindəki ən son vasitə sayılan təyyarə sənayesi də artıq alternativ, ekoloji cəhətdən təmiz enerjiyə üz tutur. Batareya və elektrikli mühərrik texnologiyası sayəsində bir çox istehsalçı səssiz və daha ucuza uçacaq təyyarələr üzərində sınaqlar keçirir.

Bu, benzinlə işləyən kiçik təyyarənin səsidir.

Bu isə, elektrik mühərriyi olan təyyarənin səsi.

Solar Impluse 2
Solar Impluse 2

Benzinlə işləyən təyyarələr çox səslidir, onları saxlamaq baha başa gəlir və onlar zəhərli tüstülər buraxır. Elektrik təyyarələr isə daha səssizdir, onları idarə etmək daha ucuzdur və heç emissiya buraxmırlar. Bundan əlavə isə onlar həm də daha təhlükəsizdir.

“Elektrik mühərriyin təhlükəsizliyinə nəzər salsanız həmin mühərriyin ənənəvi daxili yanma mühərriyindən qat-qat daha etibarlı olduğunu görərsiniz”, deyə Baş Aviasiya İstehsalçıları Assosiasiyasından Piter Buns bildirir.

Onların yeganə çatışmazlığı qısa məsafə uçmalarıdır. Lakin daha yaxşı batareyalar ilə bu da dəyişəcək.

Günəş hüceyrələri ilə təchiz olunmuş ən məşhur elektrik təyyarə Solar Impulse 2 dünya ətrafında dövrə vurub.

NASA həm də elektrik ötürmə sistemini sınaqdan keçirir.

Kommersiya maşınları artıq hava şoularında elektrik təyyarələrini sərgiləməyə başlayıb. Almaniyalı istehsalçı Siemensin yüngül, iki oturacaqlı təyyarəsi var. Bu təyyarə arxasıyca planerləri də çəkə bilir.

Hazırda süni intellektin işləmə müddəti və artıqlığı o dərəcədədir ki, biz idarəsi asan olan və son dərəcə etibarlı nəqliyyat vasitələri istehsal edə bilərik.
Piter Buns

Sloveniyanın Pipistrel şirkətinin istehsal etdiyi Alpha Electronun içində nasazlığı qabaqcadan müəyyən edib, nöqsanlı batareya hüceyrələrini izolə edən kompyuter var.

“Hazırda süni intellektin işləmə müddəti və artıqlığı o dərəcədədir ki, biz idarəsi asan olan və son dərəcə etibarlı nəqliyyat vasitələri istehsal edə bilərik”, Buns söyləyir.

Təkrar doldurula bilən batareyaların ömrü 45 dəqiqə ilə 2 saat arası, uçuş müddəti isə yarım saat olur. Bu da elektrik təyyarələri təkcə təlim üçün yararlı edir.

Lakin buna bir əngəl daha var ki, özü idarə olan maşınlara da mane törədir. Bu da nizamlamaların olmamasıdır. Baş Aviasiya İstehsalçıları Assosiasiyası elektriklə işləyən təyyarələri əhatə edəcək standartlaşdırma prosedurları üzərində razılıq əldə etməyə çalışır.

“Bu vasitələrin sertifikatlaşdırılması üçün beynəlxalq standartlar olacaq və bu, hər hansı ölkədə bu cür vasitələr inkişaf etdirmək istəyən şirkətlərin işini asanlaşıracaq və onlar dizaynlarını təsdiqlətdirə biləcəklər”, deyə Buns bildirir.

Ekspertlər deyir ki, elektriklə işləyən kommersiya təyyarələri artıq gələn beş il ərzində istehsal olunmağa başlaya bilər.

XS
SM
MD
LG