Accessibility links

Yeni il hədiyyələri: elektron cihazlar


Yeni elektron cihazlar
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Yeni elektron cihazlar

Amerikada bayram ərəfəsində insanlar desktop kompyuterlərdən tutmuş smart kameralara qədər ən yeni və dəbdə olan elektron cihazlar axtarır

Söhbət elektron cihazlardan düşəndə bu gün hər zamankından daha çox seçim var. Bəzi müştərilər hətta seçim etməkdə çətinlik çəkir.

Brayan Tonq texnikaya aid xəbərlərin və yeniliklərin, həmçinin ən son elektron məhsullar haqqında rəy və sorğuların yer aldığı CNET.com veb səhifəsinin baş redaktorudur. O deyir ki, bu il dəbdə olan əşyalardan biri də tablet kompyuterləridir. Qiyməti 329 dollardan başlayan “Apple Mini” ən məşhur və ən bahalı tabletlərdəndir. “Apple”-ın ən böyük rəqiblərindən biri qiyməti isə 199 ABŞ dollarından başlayan daha ucuz “Google Nexus 7” modelidir.

“Bunun texniki göstəriciləri “i-pad Mini”-yə nisbətən daha güclüdür, həmçinin bu tablet sizə Apple-in xəritəsindən daha yaxşı işləyən xəritə və daha çox xidmətlər təqdim edir.”- deyə veb səhifənin baş redaktoru Brayan Tonq bildirir.

"Digər şirkətlərin tabletlərinin fərqli funksiyaları var. Əgər tablet sizə yalnız kitab oxumaq və internetdən istifadə etmək üçün lazımdırsa, o zaman həqiqətən də sizin “i-Pad Mini”yə ethiyacınız yoxdur, lakin sizin əhatəli və etibarlı proqramlara ehtiyacınız varsa, bunlar arasında ən populyar “i-Pad” və “Apple” sistemləridir."- deyə veb səhifənin baş redaktoru bildirir.

“Nintendo” tablet istehsalına “Wii U” oyun sistemi ilə daxil olur. Buraya video oyunları oynamaq üçün ənənəvi idarəetmə sisteminin də daxil olduğu “GamePad” sensor ekranı daxildir. “Wii U”-nun ən məşhur oyunlarından biri “Super Mario Bros. U” –dur.

Dəbdə olan digər elektronik cihazlara smart kameralar daxildir. “Best Buy” elektron cihazlar mağazasının nümayəndəsi Elman Çakon bu kameraların internetə “WiFi” vasitəsi ilə qoşulduğunu, müştərilərin email göndərməsini və sosial şəbəkələrə birbaşa şəkil yükləməsini mümkün etdiyini deyir.

"Bununla siz sözün əsl mənasında bir neçə saniyə ərzində şəkil çəkib Feysbuka yükləyə bilərsiniz.”- deyə o bildirir.

Yeni Media qutuları da insanların internetə qoşularaq öz televizorlarında veb səhifələr, kino filmlər və YouTube videolarını izləməsinə imkan verir.

Digər elektron cihaz simsiz səs gücləndiricilərdir. Bunlar smartfon, notbuk və kompyuter tabletləri də daxil olmaqla üzərində Bluetooth texnologiyası olan istənilən cihaza qoşula bilir.

İnternetin populyarlığının artdığı bir vaxt istehlakçıların çoxu ilk növbədə mağazalara gedib məhsulun hazırkı qiymətini yoxlayır, sonra isə internetə daxil olub həmin məhsulu daha ucuz qiymətə tapmağa çalışırlar.

“Best Buy” kimi pərakəndə satış mağazaları bunu anlayır və rəqabətə davamlı olmağa çalışır.

“Bizdə “ən əlverişli qiymət” kimi təminat var. Bu o deməkdir ki, əgər siz hər hansı bir məhsulu aldıqdan sonra 30 gün ərzində bunu daha ucuz qiymətə tapsanız, biz onun qiymətini sizin üçün yenidən müəyyən edəcəyik.”- deyə "Best Buy" pərakəndə satış mağazasında satıcı işləyən Elman Çakon bildirir.

Qiymətlərdə və məhsullarda bu qədər çeşidliyin mövcud olduğu vaxt elektron malları almazdan əvvəl hər şeyi götür-qoy etmək artıq istehlakçıların öz öhdəliyinədüşür.
XS
SM
MD
LG