Accessibility links

Dövlət Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə xəbərdalıq edir


Elektron Təhlükəsizlik Mərkəzi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
Elektron Təhlükəsizlik Mərkəzi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

Son günlərdə, sosial şəbəkələrdə yaranan aktivlik nəticəsində ziyanverici virus proqramlarının yayılması ilə bağlı Dövlət Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə xəbərdarlıq edib.

Mərkəzin yaydığı məlumata görə, saxta hesablardan ünvanlanan keçidlərə kliklədikdə qurğuların əməliyyat sistemlərinə daxil olan ziyanverici proqramlar istifadəçilərin adından saxta hesablar yaradır. Əxlaqa zidd paylaşımlar edir, spam mesajlar göndərir.

“Naməlum şəxslərdən gələn keçidləri klikləməməyiniz, sosial şəbəkədə dövlət orqanlarına, ictimai-siyasi xadimlərə məxsus səhifələrin həqiqiliyinə əmin olmağınız tövsiyə olunur. Saxta hesab etdiyiniz hesablarla bağlı sosial şəbəkə inzibatçılarına məlumat verin.

Bununla yanaşı, mərkəz veb-sayt rəhbərlərinin və ya idarəedicilərinin təhlükəsizlik tədbirlərini həyata keçirmələrini, boşluqları aradan qaldırmalarını tövsiyə edir.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG