Accessibility links

“Bu etirazlar İslam Respublikası müxaliflərinə yenilənmə fürsəti yaratdı” [Audio-Müsahibə]


Ələsgər Haqdarın fikrincə, İrandakı son kütləvi etirazlar tələbləri məhdud şəkildə və sadəcə İslam Respublikası çərçivəsində gündəmə gətirən islahatçıları da rədd edir. Yazar və müasir tarix tədqiqatçısı Amerikanın Səsinə müsahibədə bu yeni etiraz dalğasının keçmişdə baş verən etirazlar ilə fərqlərini və oxşarlıqlarını şərh edib.

“Bu etirazlar İslam Respublikası müxaliflərinə yenilənmə fürsəti yaratdı”
please wait

No media source currently available

0:00 0:08:48 0:00


Ələsgər Haqdar yeni etiraz dalğasının keçmişdə baş verən etirazların davamı olduğunu vurğulayır.

2009-da orta sinif etiraza qalxmışdı və ona rəhbərlik edirdi. İslam Respublikasının çərçivəsini nəzərdə alırdı. İndi isə, zəif və ya orta-altı siniflərdir ki, iqtisadi tələblərini siyasi tələbləri ilə birləşdiriblər.

“İslam Respublikasının təsisindən sonra ilk etirazlar qadınların etirazı idi. Öz haqlarına görə çıxmışdılar. Sonra Təbrizdə Müsəlman Xalq Partiyası məsələsi oldu. Türkmənsəhra, Kürdüstan, Bəluçistan və Xuzistanda, (Əhvaz) hətta Tehranın özündə fərqli etirazlar oldu. Daha sonra basdırmalar başladı. İnqilabdan sonrakı ilk 10 il faciəvi illər idi..,” deyə tədqiqatçı bildirir.

Haqdar əlavə edir, “sonrakı illərdə hüquqi tələblər, ifadə azadlığı və senzuranın götürülməsi kimi tələblər gündəmdə oldu və sonralar yaşıl hərəkat gəldi...”

O, həmçinin 2006-ci ildə dövlət qəzetinin türkləri aşağılayan yazılı karikaturalarına qarşı İran Azərbaycanında baş qaldıran kütləvi etirazlara diqqət çəkir.

“İndiki etirazlar ümumiyyətlə iqtisadi və məişətlə bağlı məsələlər ilə başladı. Bu, sonra siyasi tələblərə çevrildi. İnsanlar küçələrdə diktatorun getməsini tələb edirlər. Yəni, etirazçılar bu dəfə nizamın bütünlüyünü hədəf aldılar,” deyə yazar ifadə edir.

Haqdar yeni bir etirazçı profilinin ortaya çıxmasından söz edir. Onun fikrincə, meydanda olan etirazçılar zəif təbəqənin üzvləridir. 2009-da orta sinif etiraza qalxmışdı və ona rəhbərlik edirdi. İslam Respublikasının çərçivəsini nəzərə alırdı. İndi isə, zəif və ya orta-altı siniflərdir ki, iqtisadi tələblərini siyasi tələbləri ilə birləşdiriblər.

İndi xaricdəki müxalif qruplar üçün öz metodları, baxışları və təhlillərini yenidən gözdən keçirmək üçün yaxşı fürsətdir.

Tədqiqatçının fikrincə, bu yeni etiraz dalğası tələbləri İslam Respublikası çərçivəsində və məhdud şəkildə gündəmə gətirən islahatçıları da rədd edir:

“Şüarlara baxanda, İslam Respublikasının bütünlüyü hədəf alınır. O cümlədən, islahatçıları və mühafizəkarları. Bunların hamısı nizamın içindədir. Bir də ki, islahatçılar indiyədək bir önləyici amil kimi davranıblar. Məsələn deyiblər ki, səsiniz çıxmasın, yavaş-yavaş həll olsun və bu ki, İslam Respublikası islahatla düzələ bilər.”

Ələsgər Haqdarın fikrincə, “bu etirazların başlamasından sonra indi xaricdəki müxalif qruplar üçün öz metodları, baxışları və təhlillərini yenidən gözdən keçirmək üçün yaxşı fürsətdir. Yenidən gözdən keçirsinlər ki, nə şəkildə iqtisadi və siyasi tələblər, habelə etnik qrupların tələbləri ilə eyni cəhətdə İslam Respublikasına qarşı mücadilə edə bilsinlər.”

XS
SM
MD
LG