Accessibility links

Kütləvi etirazların baş qaldırdığı İranda türklərin mövqeyi nədir?


“Bu gün ölkənin bir çox bölgəsi bütün hökümət və ölkənin yönətmə ərkanına hakim olan zülm və pozğunçuluğ etiraz olaraq ayağa qalxmış və hökümətdə yalançı düzəliş alternativini rədd edir,” Özgürlükçü Türk Aydınlar İctimaiyyəti adından güney saytlarında dərc edilmiş bəyanatda qeyd edilir.

Bəyanatda İranda baş qaldıran kütləvi etirazlar nəticəsində səsləndirilən tələblərin toplumun bütün kəsimlərini əhatə etməsi arzu edilir. Bu arzu keçən günlərdə türk fəallar və İran Azərbaycanını təmsil edən haradasa bütün qruplar tərəfindən gündəmə gətirilib.

İran Azərbaycanının bir neçə bölgəsində, habelə əhalisinin böyük kəsiminin türk olduğu bəzi digər şəhərlərdə, əhali küçələrə çıxsa da, İranda “inqilablar beşiyi” kimi tanınan Təbrizdə nümayişlər baş verməyib.

Biz israrla bildiririk ki, bu etiraz mühitində bir icmanın tələblərinə mütləq prioritet verilməməli və heç bir icmanın tələbi təxirə salınmadan bütün kəsimlərin istəkləri səsləndirilməlidir.
Özgürlükçü Türk Aydınlar İctimaiyyəti

Bu bölgələrdə olan nümayişlər İranın digər bölgələrindəkilərə nisbətən daha zəif olsa da, rəsmilərin mətbuata verdiyi məlumata görə, əhalisinin əksəriyyətinin türk olduğu Urmiyə, Ərdəbil, Zəncan, Xoy, Əbhər, Xürrəmdərə, Marağa, Qəzvin, Takistan və Həmədan kimi şəhərlərdə onlarla vətəndaş nəzarət altına alınıb.

Qeyri-rəsmi mənbələrdə isə Təbrizdə etirazlara mane olmaq üçün 90 vətəndaşın tutulduğu bildirilir.

Mühacirətdə fəaliyyət göstərən İran Azərbaycanı təşkilatlarının böyük əksəriyyəti güney əhalisi və digər bölgələrdə yaşayan türkləri ölkədə baş qaldıran etirazlara qatılmağa çağırıblar.

Nümayişlərə qatılmayacaqlarını bildirən qruplar belə, ümumiyyətlə bu nümayişlərdə səsləndirilən əsas şüarlar və tələblərin haqlı tələblər olduğunu vurğulayırlar.

Lakin həm əhalini etirazlara qoşulmağa çağıran, həm də mənəvi dəstək bildirməklə kifayətlənən qruplar və şəxslərin ortaq qayğısı Azərbaycanın problemlərinin və türklərin tələblərinin kölgəyə düşməməsidir.

Baş örtüyünü çıxararaq İranda məcburu hicab qanununa etiraz edən qadının görüntüsü nümayişlərin simvol görüntüsü olub.
Baş örtüyünü çıxararaq İranda məcburu hicab qanununa etiraz edən qadının görüntüsü nümayişlərin simvol görüntüsü olub.

Onlar Məşhəd kimi şəhərlərdə səsləndirilən “Biz Aryan irqindənik, Ərəbpərəst deyilik” kimi şüarların qeyri-fars icmalarda narahatlıq doğurduğunu ifadə edirlər.

Dekabrın 31-də Avropa, Şimali Amerika və Türkiyədə fəaliyyət göstərən Azərbaycan milli hərəkatına mənsub 7 təşkilat və siyasi qrup birgə bəyanat yayımlayaraq əhalini etirazlara qoşulmağa dəvət edib.

Birgə bəyanatda “türk milləti öz milli haqlarını müdafiə etmək üçün İrandakı diktator sistemə qarşı” nümayiş keçirməyə dəvət edilərək, xüsusilə Təbrizin meydana çıxmasının önəminə diqqət çəkilib.

Zəncanda etirazlar
Zəncanda etirazlar

Həmin təşkilatlar tərəfindən hazırlanan çağırış posterləri sosial şəbəkələrdə etirazları yönləndirməkdə əsas rol oynayan Amad News adlı Telegram kanalında da paylaşılıb. Lakin bir milyondan artıq istifadəçinin üzv olduğ sosial media platformasını idarə edənlər az müddətdən sonra posterləri qaldırıb və “Azərbaycanın separatçıları tərəfindən hazırlanmış posterlərin” paylaşıldığı üçün “İran millətindən” üzr istəyiblər.

rəsmilərin mətbuata verdiyi məlumata görə, əhalisinin əksəriyyətinin türk olduğu Urmiyə, Ərdəbil, Zəncan, Xoy, Əbhər, Xürrəmdərə, Marağa, Qəzvin, Takistan və Həmədan kimi şəhərlərdə onlarla vətəndaş nəzarət altına alınıb. Qeyri-rəsmi mənbələrdə isə Təbrizdə etirazları önləmək üçün 90 vətəndaşın tutulduğu bildirilir.

Özgürlükçü Türk Aydınlar İctimaiyyəti adından yayımlanmış bəyanatda sadəcə müəyyən icmaların tələblərinin bu nümayişlərdə mütləq prioritet olmaması istənilir:

“Biz israrla bildiririk ki, bu etiraz mühitində bir icmanın tələblərinə mütləq prioritet verilməməli və heç bir icmanın tələbi təxirə salınmadan bütün kəsimlərin istəkləri səsləndirilməlidir; siyasi komponentlər demokratik ənənələrə uyğun olaraq mücadilə və dirəniş ruhunu zədələyən hər hansı bir əməl və söyləmdən uzaq durmalı və kənarlaşdırıcı mövqedən dərhal vaz keçməlidirlər. Bu səs əzilən və istismar olub təcrid edilmiş kəsimlərin səsi olmalıdır. Bu coğrafiyadakı yüzillik demokratik mücadilələrin tarixi ilə uyğun olmayan istəklərdən və zorakılıqdan uzaq duraraq bu haqlı mübarizələrin azadlıq və demokratiya təməlində yürüdülməsinin gərəkdiyini düşnürük.”

Amerikanın Səsinə müsahibə verən türk fəal Əfsanə Sevigin İranda baş qaldıran kütləvi etirazların davam etdiyi təqdirdə Azərbaycanın izləyici olaraq qala bilməyəcəyini vurğulayıb.

“Mənə elə gəlir ki, bu hərəkat bir başlanğıcdır. Arada bəlkə dursun, amma sonra canlanıb və təkrar davam edəcəkdir. Şah rejiminə qarşı olan hərəkat da belə olmuşdu. İndiki etirazların da haraya gedəcəyini bilmirik. Belə gedərsə, Azərbaycan və ya türklərin yaşadığı digər bölgələr kəsinliklə izləyici olaraq qala bilməzlər,” deyə xanım Sevigin bəyan edib.

XS
SM
MD
LG