Accessibility links

ABŞ-da İslam Dövləti qrupuna dəstək verməkdə günahlandırılan şəxsə qarşı ittiham irəli sürülüb


ABŞ-ın Ədliyyə nazirliyi İslam Dövləti qrupunu dəstək və resurslarla təmin etmək və ABŞ hərbiçisini öldürmək çəhdində təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürüb.

Nazirlik bildirib ki, Nyu-York ştatının Roçester şəhərindən olan 30 yaşlı Mufid Elfgi iki nəfəri İslam Dövləti qrupunun tərkibində döyüşməyə təşviq edib və Yəməndə bir nəfərə Suriyaya gedib orada yaraqlılarla birgə döyüşmək üçün 600 dollar göndərib.

Baş prokuror Erik Holder deyib ki, ABŞ amerikalılara zərər yetirmək istəyən terror qruplarına dəstək verənlərin ələ keçirilməsi və cəzalandırılmasında bundan sonra da qətiyyət nümayiş etdirəcək.

Elfgi iyun ayında polis zabiti və İraqdan geri dönmüş ABŞ əsgərlərinə qarşı cinayət törətmək məqsədi ilə silah alan zaman ələ keçirilib.

ABC televiziyası Elfginin Roçesterdə pizza dükanının sahibi olduğunu və artıq həbs edildiyi haqda xəbər verib.

Elfginin yeddi maddə üzrə ittiham edildiyi cinayətlərə səssiz odlu silahların saxlalması və qeydiyyata alınmamış silah səsboğucuları alması daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG