Accessibility links

Elgiz Sadıqlı azadlığa buraxılıb


Elgiz Sadıqlı
Elgiz Sadıqlı

Bu gün, martın 25-də Avropada mühacir olan Tural Sadıqlının inzibati qaydada həbs edilən qardaşı Elgiz Sadıqlı azadlığa buraxılıb.

Bu barədə onun atası Əlövsət Sadıqlı AzadliqRadiosuna danışıb.

Bununla belə Əlövsət Sadıqlı şikayət verəcəklərini söyləyib:

“Oğluma qarşı ittihamlar ədalətsizdir, o polisə heç bir müqavimət göstərməyib. Ona görə şikayət verəcəyik”.

Elgiz Sadıqlı fevralın 23-də saxlanmışdı. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilib.

Tural Sadıqlı
Tural Sadıqlı

Fevralın 28-də Bakı Apelyasiya Məhkəməsi Elgiz Sadıqlı barəsində verilmiş qərarı qüvvədə saxlayıb.

Atası Əlövsət Sadıqlının bildirdiyinə görə, Elgiz Sadıqlı məhkəmədə ona polisdə işgəncə verildiyini söyləyib.
Ancaq işgəncə ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Doğmaları bildiriblər ki, Elgiz Sadıqlı qardaşı Tural Sadıqlının xaricdə siyasi fəaliyyətinə görə təqib olunur. Tural Sadıqlı Azərbaycan hökumətini tez-tez tənqid edir.

Oğluma qarşı ittihamlar ədalətsizdir, o polisə heç bir müqavimət göstərməyib. Ona görə şikayət verəcəyik.
Əlövsət Sadıqlı

Elgiz Sadıqlı 1978-ci ildə doğulub. Jurnalistika fakültəsini bitirsə də, başqa sahədə çalışıb. O bundan öncə, 2015-ci ildə də saxlanmışdı. Haqqında Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi ilə narkotik vasitələrin saxlanması və dövriyyəsi) maddəsi ilə cinayət işi açılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Ancaq sonradan Apellyasiya Məhkəməsi Elgiz Sadıqlı haqda 2 il şərti cəza qərarı çıxartmaqla onu məhkəmə zalından azad etmişdi.

Tək Elgiz Sadıqlı deyil, onun bir çox yaxınlarının da son vaxtlar polisə aparıldığı bildirilir.

Bu il fevralın 20-də onun Ağdam rayonunda yaşayan əmisi Zahir Sadıqovun da polisə aparıldığı və daha sonra buraxıldığı deyilirdi.

Elgiz Sadıqlının atasının özü də polisə aparıldığını bildirib. Əlövsət Sadıqlının bildirdiyinə görə, onu fevralın 18-də Bakıda 12 Saylı Polis Bölməsinə aparıb, fevralın 19-i saat 12 radələrində sərbəst buraxmışdılar. O, AzadlıqRadiosuna həmçinin demişdi ki, polis bölməsində aparılan söhbətlərdə Almaniyada mühacirətdə olan oğlu Tural Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər. O isə bununla razılaşmadığını bildirib.

Ancaq Azərbaycan hüquq-mühafizə orqanları deyirlər ki, ölkədə heç kim qohumlarının siyasi əqidəsinə görə təzyiqlərlə üzləşmir. İşgəncə ilə bağlı şikayətlər də bir qayda olaraq təkzib edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG