Accessibility links

Əli Həsənov: Azərbaycan DTİHB ilə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaq


Əli Həsənov
Əli Həsənov

Prezident Administrasiyasının şöbə müdiri ATƏT/DTİHB-nin prezident seçkilərinin beynəlxalq standartlara cavab verməməsi barədə hesabatından sonra bu bəyanatı verib

“Belə getsə, Azərbaycan dövləti gələcəkdə ATƏT-lə və digər beynəlxalq təşkilatlarla əvvəlki münasibətləri davam etdirməklə yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaq”.

Bu barədə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ATƏT DTİHB-nin müşahidə missiyasının Azərbaycanda seçkilərin beynəlxalq standartlara cavab verməməsi ilə bağlı hesabatı barədə AzərTAc dövlət agentliyinə müsahibəsində bildirib.

Əli Həsənov ATƏT DTİHB-nin müşahidə missiyasının rəyinin eyni seçki prosesini eyni şəraitdə izləmiş Avropa və digər beynəlxalq müşahidə missiyalarının rəyi ilə üst-üstə düşməməsindən təəssüflənib.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının pozuntularla bağlı açıqladığı rəy, qeyd etməliyəm ki, hər hansı ciddi bir fakta deyil, yalnız müxalifətin yaydığı yalan məlumatlara söykənir. Bu rəy olduqca qərəzli və obyektivlikdən uzaq bir yanaşmanın təzahürüdür”, o bildirib.

DTHİB-nin bu mövqeyindən sonra Azərbaycanla ATƏT arasındakı münasibətlərə gəldikdə şöbə müdiri bunun ATƏT-in nüfuzuna ciddi zərbə vurduğunu və ölkə ilə onun münasibətlərinə mənfi təsir göstərdiyini qeyd edib.

Əli Həsənov beynəlxalq təşkilatların verdiyi rəylərin hazırkı prezident seçkilərində seçilmiş şəxsin legitimliyinə xələl gətirmədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG