Accessibility links

Ali Məhkəmə Əli İnsanovun işinə baxacaq


Əli İnsanov
Əli İnsanov

Avropa İnsan Hüquqları Məhkəməsi İnsanovun ədalətli mühakimə hüququ haqqında iddiasını təmin edib və ona qarşı işgəncə faktını təsdiq edib. Keçmiş nazir 11 il müddətinə həbsə məhkum edilib

Azərbaycan Ali Məhkəmənin Plenumu oktyabrın 28-də saat 15,00-da keçmiş səhiyyə naziri Əli İnsanov barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxacaq. Bu barədə Amerikanın Səsinə vəkil Toğrul Babayev bildirib.

Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkilərindən öncə həbs edilib və dövlət çevrilişi hazırlamaqda ittiham edilib. Sonra bu ittiham dəyişdirilib və iqtisadi cinayətlərə görə o 11 il müddətinə həbsə məhkum edilib. .

Avropa İnsan Hüquqları Məhkəməsi 14 mart 2013-cü ildə İnsanovun ədalətli mühakimə hüququ haqqında iddiasını təmin edib və ona qarşı işgəncə faktını təsdiq edib. Məhkəmənin qərarı 14 iyun 2013-cü ildə qüvvəyə minib. Qərar qüvvəyə mindikdən sonra 3 ay müddətində Avropa Məhkəməsinin qərarına Ali Məhkəmənin Plenumunda baxılmalıdır.

İnsanov həmçinin bəzi KİV-lərdə səhhətində problemlər yaranması ilə bağlı yayılan məlumatları təkzib edib. “Ağır şəraitdə saxlanmağıma baxmayaraq səhhətimdə heç bir problem yoxdur, səhhətimdən şikayətim yoxdur. Özümü çox yaxşı hiss edirəm”, vəkil keçmiş nazir İnsanovun bəyanatını diqqətə çatdırıb.
XS
SM
MD
LG