Accessibility links

Fiziki məhdudiyyətli alpinist ayın idmançısı seçilib [Video]


Fiziki məhdudiyyətli alpinist ayın idmançısı seçilib
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Fiziki məhdudiyyətli alpinist ayın idmançısı seçilib

Lay Çi Asiya Alpinizm Çempionatının 4 dəfə, Çinin ekstrem idman yarışı olan X Oyunlarının isə ilk qalibi olub. 2011-ci ildə baş verən avtomobil qəzası onun ayaqlarını iflic etsə də 35 yaşlı idmançı özünün sevimli fəaliyyəti ilə məşğul olmaqdan vaz keçməyib.

“Dağa dırmaşmağı çox sevirəm. Əvvəllər daha çox azadlığım var idi. İstəyəndə qapalı yerlərə, istəyəndə isə açıq havada dırmaşmağa gedə bilərdim. Amma indi əlil arabasında olduğum üçün bir çox şeyə diqqət etməliyəm. Məsələn, mənə kömək edən kimsə varmı? Bu qədər çətinliyə baxmayaraq mən hələ də bunu etməyə davam edirəm. Lakin, mənə çoxlu sayda insanın köməyi lazım olur." - deyə, Lay Çi bildirib.

Zədələnməsindən sonra Lay özünü boks, qılıncoynatma və stolüstü tennisdə sınayıb. Ancaq o hər zaman alpinist fəaliyyətinə geri qayıdıb. Hadisədən 5 il sonra o ilk dəfə iflic olmuş ayaqlarından istifadə edərək Honq Konq yaxınlığındakı 495 metrlik Lion qayasına dırmaşıb.

“Həmin dağa dırmaşmaq mənim üçün xəyalımın reallaşması idi. Həmçinin bununla dostlarıma göstərə bildim ki, mən həyatın ən aşağı nöqtəsindən zirvəyə qədər qalxa bilmişəm. Əlil arabasında olmağıma baxmayaraq mən sevdiyim işlə məşğulam və digər idmançılara qarşı meydan oxuyuram." - deyə, o əlavə edib.

Lay həmçinin motivisiya təlimçisi kimi də fəaliyyət göstərir. Bir müddət bunda öncə Lay Lion qayasına dırmaşdığına görə Laureus Dünya İdman mükafatına layiq görülüb. Lay ümid edir ki, o öz fəaliyyəti ilə başqa insanları da ilhamladıracaq.

XS
SM
MD
LG