Accessibility links

Azərbaycanın ABŞ-dakı səfiri jurnalist Əfqan Muxtarlının həbsindən sui-istifadə edildiyini deyir [Video]


Səfir Elin Süleymanov jurnalist Əfqan Muxtarlının həbsindən sui-istifadə edildiyini deyir
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Azərbaycanın ABŞ-dakı səfiri jurnalist Əfqan Muxtarlının sərhədi qeyri-qanuni keçərkən həbs olunduğunu deyir. Elin Süleymanov baş verənləri Azərbaycanla Gürcüstan arasında “lüzumsuz skandal” yaratmaq səyləri kimi təsvir edir

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Amerikanın Səsinin Gürcüstan xidmətinə müsahibədə jurnalist Əfqan Muxtarlının həbsinə reaksiya verib. Səfir jurnalistin həbsinin siyasi cəhətdən şişirdildiyini hesab etdiyini deyərək bu insident ətrafında dolaşan ittihamları Azərbaycanla Gürcüstan arasında nifaq salmaq cəhdi kimi qiymətləndirib.

Amerikanın Səsi: Azərbaycanda üzə çıxmış jurnalist Əfqan Muxtarlının həbsi barədə nə deyə bilərsiniz? Rəsmi versiya nədir? Azərbaycan məsələdə Gürcüstanın əli olduğunu hesab edirmi?

Elin Süleymanov: Əvvəla, mən bilmirəm ki, Əfqan Muxtarlını jurnalist adlandırmaq olar. Mən onun jurnalist fəaliyyətindən agah deyiləm. Azərbaycan sərhəd xidməti Azərbaycan vətəndaşı olan şəxsi sərhədi qeyri-qanuni keçməyə çalışarkən həbs edib. Prosedurlara uyğun olaraq, o, araşdırma üçün saxlanılıb və onun nə etmək istədiyi araşdırılır. Biz inanmırıq ki, Gürcüstan hökumətinin burada rolu var. Bu məsələ daha çox araşdırılmalıdır. Biz Gürcüstan tərəfdə nə baş verdiyini bilmirik. Biz onu bilirik ki, sərhədimiz qeyri-qanuni olaraq, rəsmilərə xəbərdarlıq edilmədən keçilib. Baş verən budur.

Bir də başqa şeyi demək istəyirəm. Azərbaycan və Gürcüstanın üzləşdiyi bir çox məsələlər var. Bir fərdin sərhədi qeyri-qanuni keçməsindən lüzumsuz skandal yaratmaq və bunu siyasi problem kimi təqdim etmək Gürcüstan və Azərbaycan arasındakı möhkəm tərəfdaşlığa aydın şəkildə zərbə vurmaq cəhdidir. Bu, Gürcüstan, Azərbaycan və bütovlükdə regionun gələcəyi üçün ziyanverici haldır. Yaxşı olardı ki, biz məsələni Azərbaycan sərhəd xidmətinin və hüquq-mühafizə orqanlarının öhdəliyinə buraxaq ki, onlar bu məsələni ətraflı araşdırsınlar.

Amerikanın Səsi: Azərbaycanda bu skandalın kimin təşəbbüsü olduğuna dair məlumat varmı?

Elin Süleymanov: Gəlin görək araşdırmalar nəyi göstərir. Amma sizə deyim ki, Azərbaycanla Gürcüstanın arasını vurmağa yönəlmiş bütün bu cəhdlər rədd olunmalıdır. Azərbaycan və Gürcüstan arasında qardaş münasibətlər mövcuddur. Biz yan-yanaşı uzun müddət yaşamışıq. Həmin tərəfdaşlıq dərinləşməli və gücləndirilməlidir.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Əfqan Muxtarlı məhkəməyə gətirlir. Bakı, Azərbaycan. 31 may 2017
Əfqan Muxtarlı məhkəməyə gətirlir. Bakı, Azərbaycan. 31 may 2017

Əlavə olaraq, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

ABŞ Dövlət Departamentibeynəxlalq insan haqları təşkilatları Əfqan Muxtarlının həbs edilməsini pisləyib və onun azad olunmasına çağırıblar. Gürcüstanın daxilində dövlət rəsmilərinin Muxtarlının oğurlanaraq Azərbaycana keçirilməsində mümkün roluna etiraz olaraq müxtəlif növ ictimai aksiyalar təşkil olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG