Azərbaycan rejissoru Elxan Cəfərov Qarabağ müharibəsi mövzusunda yenicə çəkdiyi “Dolu” filmi barədə danışarkən, Qarabağla bağlı bir sıra filmlər çəkildiyini və mövzunun eyni olduğunu, lakin bu filmdə əsas məqsədin müharibə zamanı azərbaycanlıların psixoloji durumunda bir araşdırma aparılması olduğunu dedi. O, “Dolu” romanının müəllifi və filmin ssenari müəllifi Aqil Abbasın özünün Qarabağ döyüşlərində iştirak etdiyini və əsərində açıqladığı bəzi məqamlardan danışdı.
Rejissor Qarabağ müharibəsinin başladığı dövrlərdəki bəzi siyasi məqamlara da yer verildiyini dedi.
Elxan Cəfərov filmin əsas məqsədinin azərbaycanlılara azərbaycanlı obrazını yetərli qədər çatdırmaq, azərbaycanlı gənclərə yalnız Azərbaycan torpaqlarının 20 faizinin işğalı deyil, 80 faizinin qorunub-saxlanmasında qəhrəmanlıq göstərən döyüşkən oğullarımızın obrazlarını çatdırmaq olduğunu dedi.
Rejissor Azərbaycan prezidentinin kinomatoqrafiyanın inkişafı ilə bağlı 10 illik proqram imzaladığını və bu sərəncama əsasən həm texniki, həm də maddi bazanın inkişaf etdiriləcəyini bildirdi. Elxan Cəfərov Sovet İtitfaqı dağıldıqdan sonra kinemotoqrafiya sahəsinin də dağlıdığını, təbii ki, Azərbaycan kinosunun industrial bir struktur olaraq tənəzzülə uğradığını dedi.
Rejissor Azərbaycan kimematoqrafiyanın yenidən bərpa olunmalı və bunun üçün də ilk növbədə media-yayım sisteminin qurulmalı, kinostudiyanın tam yenidən qurulmalı, dünyanın çoxdandır keçdiyi mərhələlərdən sürətlə keçilməli olduğunu vurğuladı. O, Azərbaycan kinosunun industriallaşma prosesinin yaxın zamanda yekunlaşacağına ümid etdiyini dedi.
Elxan Cəfərov ən vacib məqamlardan birinin də Azərbaycan tamaşaçısının kinoya cəlb edilməsi, Azərbaycan tamaşaçısının Azərbaycan kinosuna yenidən baxılmalı olduğuna inandırmaq olduğunu dedi. Rejissor onu da əlavə etdi ki, Azərbaycan kinosu industriallaşmış mərhələsindən keçməli və hegemon dünya kinosunun qarşısındakı acizliyini ortadan qaldırmalıdır.