Ultrabənövşəyi işıq altında insan əlindəki yağlı qalıqları görmək mümkündür. Lakin onları soyuq su ilə yumaq demək olar ki, imkansızdır.
Axan suya bir balaca ultrasəs qatmaqla su, effektiv yuyucu maddəyə çevrilərək dərini tez və qüsursuz şəkildə təmizləyir.
Starstream İngiltərədə yerləşən Southampton Universitetindən olan iki tədqiqatçı tərəfindən kəşf edilib. Onların ixtirası bədənimizi, mətbəx əşyalarını və tibb alətlərini qüsursuz təmizləməyə şərait yaradır.
Tim Leighton: “Biz heç bir kimyəvi və yuyucu maddəyə ehtiyac olmadan mikro-yuyucu kimi bir şey düzəltmək istədik. Beləliklə biz bu qazlı suyu kəşf etdik.”
Adi şəraitdə suda olan qaz köpürtüləri axıcı səthə malikdir. Lakin ultrasəsin əlavə olunması ilə su ləpələnir. Bu, istifadə etdiyimiz hamarlayıcı kağıza bənzəyir. Su ilə bərabər çirklənmiş səthə tətbiq olunduqda köpürtülər effektiv şəkildə çirki təmizləyir.
Tim Leghton: “Starstream-in ən əsas amillərindən biri budur ki, o, hər hansı mayeni qüsursuz təmizləyir və sudan min dəfə daha effektli nəticə verir. Beləliklə siz sabunlu su və ya ağardıcı istifadə etdiyinizdə aldığınız nəticəyə bənzər daha effektli nəticə alınır.”
Starstream stəkanda qalan dodaq boyası və ya mətbəx kranında gizlənmiş bakteriyaları təmizləmək üçün ən əlverişli vasitədir.
Tədqiqatçılar deyir ki, onların ixtirası əlləri yumaq üçün 20 saniyə sərf etdiyimiz sabunlu və ya ilıq suyu asanlıqla altı saniyədə təmizləyən ultrasəs əlavə olunmuş su ilə əvəzləyə bilər.