Accessibility links

Vaşinqtonda keçirilən illik "Elm üçün yürüş" adlı aksiyada ötən illə müqayisədə daha az insan iştirak edib


Vaşinqtonda keçirilən illik "Elm üçün yürüş" adlı aksiyada ötən illə müqayisədə daha az insan iştirak etsə də, minlərlə adamın yürüşə qatıldığı bildirilib. Dünyada 200-dən artıq bənzər yürüşlər təşkil edilib.

Tədbir Tramp administrasiyası dövründə elmi siyasətə diqqət verilməməsinə yönəlib. Ağ Evin Paris iqlim dəyişikliyi sazişindən çıxması və Trampın mədən sənayesinin inkişafı, habelə Vaşqintonun ətraf mühit qaydalarını dəyişmək planlarına etiraz edilib.

Nümayişçilərdən biri prezidentin seçkiqabağı "Amerikanı yenidən möhtəşəm edək" şüarı kimi "Amerikanı yenidən ağıllı edək" sözləri yazıılmış plakat qaldırıb.

Bu il yürüş zamanı silahlara nəzarət məsələsi də gündəmə gətirilib. Təşkilatçılar bu tədbirlə elmin həyati rolunun vacibliyini önə çəkdiklərini deyib.

Ötən il ilk dəfə alimlər presedentsiz bir addım ataraq dünyanın 600-dən çox şəhərində yürüşlər təşkil edib. Onlar dəlillərə əsaslanan bilgilərə qarşı artmaqda olan siyasi təzyiqlərə etiraz edib.

Elm yürüşünə Avstraliya, Braziliya, Kanada, Nigeriya, Cənubi Koreya, İngiltərə və bir çox ölkə şəhərlərinin alimləri qatılıb.

Berlin yürüşlərində 10 mindən çox insan iştirak edib.

Nümayişçilərin üzərində "Faktlar hissiyyat deyil", "Biz dəlilləri olan ekspertləri sevirik" kimi sözlər yazılmış plakatlar qaldırıb.

Cenevrədə yürüş iştirakçıları "Elm-qaranlıqda şam" and "Elm cavabdır" kimi şüarlar səsləndirib.

Londonda elmi dəstəkləyən şüarlarla plakatlar qaldırılıb.

Paytaxt Vaşinqtonda çadırlar qurulub. Çoxsaylı alim müzakirələrdə iştirak edib, natiqlərin çıxışları səslənib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG