Accessibility links

II Azərbaycan Elm Festivalı açılıb


ABŞ-ın Azərbaycandakısəfirliyi Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) tələbələrdə Azərbaycanda elm və texnologiyanın inkişafına maraq oyatmaq üçün bu cür təqdirəlayiq tədbirin keçirməsi münasibətilə təbrik edir.

Elm Festivalı
Elm Festivalı

Təxminən 10 000 tələbənin elm festivalında iştirakı gözlənilir. Sərgidə tələbələr həmçinin Amerika rok qrupu ACIDIC-i dinləyə bilər və Bakı Amerika Mərkəzinin yaratdığı Maker Space-i nümayiş etdirən kabinəni ziyarət edə bilərlər.

AMEA-nin məlumatına görə, oktyabrın 31-də II Azərbaycan Elm Festivalının açılış mərasimi olub.

Elm Festivalı
Elm Festivalı

Festival UNESCO, Azərbaycanın Təhsil, Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, AzərbaycanPrezidenti yanında Bilik və Elmin İnkişafı Fondları, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılıb.

AMEA-nın prezidenti Akif Əlizadə II Azərbaycan Elm Festivalının ölkədə elmin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Festival işinə noyabrın 1-də Naxçıvanda, noyabrın 2-də Sumqayıtda, noyabrın 4-də Şəkidə və noyabrın 5-də Gəncədə davam edəcək.

Elm Festivalı
Elm Festivalı

2014-cü ildə keçirilmiş I Elm Festivalında 15 mindən artıq insanın iştirak etdiyini xatırladan akademik A.Əlizadə qeyd edib ki, bu dəfəki tədbirə qatılanların sayının 50 minə çatacağı gözlənilir.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ali təhsil müəssisələrinə qəbul olanların sayı 2016-cı ildə 1990-ci ilə nisbətdə 2 dəfədən çox artıb.

M.Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyi qarşısında qoyulan vəzifələrdən ən başlıcası təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə elmin gücündən istifadəni genişləndirməkdir.

Festival Mərkəzi Elmi Kitabxana, Geologiya və Geofizika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fizika İnstitutu, Bakı Dövlət Universiteti, Ali Neft Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunmuş elmi-populyar mühazirələr ilə davam edir.

XS
SM
MD
LG