Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 17-18 yanvarda Fransada işgüzar səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Fransanın xarici işlər naziri və digər rəsmi şəxslər, həmçinin YUNESKO-nun rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.