Accessibility links

Elmar Məmmədyarov: Almatıdakı Ermənistan Azərbaycan danışıqları nəticəsiz oldu


Elmar Məmmədyarov: Almatıdakı Ermənistan Azərbaycan danışıqları nəticəsiz oldu
Elmar Məmmədyarov: Almatıdakı Ermənistan Azərbaycan danışıqları nəticəsiz oldu

“ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa birmənalı deyir ki, işğal olunmuş torpaqlar azad edilməlidir. Amma Ermənistan buna hazır deyil”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı Almatıda aparılan danışıqları nəticəsiz adlandırıb. Onun fikrincə, artıq mövqelər bəllidir. “ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa birmənalı deyir ki, işğal olunmuş torpaqlar azad edilməlidir. Amma Ermənistan buna hazır deyil”.

Nazir ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Helsinki yekun aktına müraciət etməsinə də münasibət bildirib. Onun fikrincə, Azərbaycana qarşı güc tətbiq edilib, etnik təmizləmə aparılıb və Ermənistan yenə də Dağlıq Qarabağa müstəqillik tələb edəcəksə, onda bu məsələ danışıqlar mövzusu ola bilməz.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Almatı görüşündə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt - Peterburq görüşü zamanı aparılan danışıqlara istinad edilməsinin vacibliyini xatırladıb. Azərbaycan xarici işlər naziri bunun əleyhinədir. Onun fikrincə, əsas prezidentlərin görüşü deyil, həmsədrlərin tərəflərə təqdim etdiyi yenilənmiş Madrid sənədidir.

Müstəqil politoloqlar Rusiyanın Cənubi Qafqazdakı münaqişələrin nizamlanmasında aparıcı rolunu qoruyub saxlamaq üçün cəhdlər etdiyi fikrindədir. Politoloq Qabil Hüseynli “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Rusiya prezidentinin bu ilin sentyabrında Azərbaycan və Ermənistana səfəri zamanı yeni təşəbbüslə çıxış edəcəyi gözlənilir. Bu təşəbbüs Azərbaycan ərazilərinin boşaldılması ilə bağlı yenilənmiş Madrid sənədində 5 rayon + Laçın və Kəlbəcərin boşaldılmasından fərqlənir. Rusiya təklif edir ki, 2 +3 formatı, Dağlıq Qarabağın siyasi statusu və Laçınla Kəlbəcər rayonlarının boşaldılması gündəliyə çıxarılsın. Bu isə Azərbaycanı təmin etmir.

XS
SM
MD
LG